Yaponiya Rusiyaya yeni sanksiya tətbiq etdi

Rusiyanın Ukraynaya hücumları davam edərkən Tokiodan Moskvaya yeni sanksiya qərarı gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir həftəlik Cənub-Şərqi Asiya və Avropa turnesinin sonunda İngiltərədə açıqlama verən Yaponiyanın baş naziri Fumio Kişida ölkəsinin Ukraynaya hücumlarına görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaları təxminən 2000-ci ildəki hesablarını 140 Rusiya vətəndaşı və bankını donduraraq genişləndirəcəyini açıqlayıb.

İxrac qadağası siyahısına 70-ə yaxın Rusiya hərbi qurumunun əlavə ediləcəyini ifadə edən Kişida kvant kompüterləri və digər yüksək texnologiyalı məhsulların Rusiyaya ixracının qadağan ediləcəyini də bildirib.
Siyasi təmaslarının, o cümlədən İngiltərədən əvvəl getdiyi İndoneziya, Vyetnam və Taylanda səfərlərinin məhsuldar olduğunu ifadə edən Kişida, “Ukraynadakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətin səylərində G7 aparıcı rol oynadı. Biz qlobal sülhü və sabitliyi qorumaq üçün G7-ni daha da gücləndirməliyik”,- deyə bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə