Tibb elmi tarixində Zərifə Əliyevanın özünəməxsus yeri var - EKSPERT ŞƏRH ETDİ
"Zərifə xanım Əliyeva Azərbaycanın elm tarixində, ictimai fəaliyyət və qadın hərəkatı tarixində xüsusi təyinedici və təsirli rola malik şəxsiyyət olub". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Zərifə xanım Əliyeva milli tibb elmimizin, xüsusən də milli oftalmologiya elmimizin inkişafında, oftalmoloq kadrlarımızın formalaşmasında böyük xidmətlər göstərib: "Tibb elmi tarixində Zərifə xanımın özünəməxsus yeri var. Həkim kimi yüksək peşəkarlıq və qayğıkeşlik nümunəsi yaratdı, alim kimi qiymətli elmi irsə sahibdi, insan və ana kimi bənzərsiz tale yaşadı. Ruhu şad olsun!"
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB