2022-ci il Böyük Qayıdışın başlanğıcı kimi yadda qalacaq - DEPUTAT ŞƏRH ETDİ
"Böyük Qayıdışla bağlı proseslər intensiv şəkildə həyata keçirilir. Artıq minalardan təmizlənmə, nəqliyyat və kommunal xidmətlərlə bağlı şəbəkənin formalaşması istiqamətində işlər görülür". Bu sözləri SİA-ya açıqlamasında deputat, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, zəfərdən sonrakı müddətdə 700 km-dən artıq yollar salınıb və təmir olunub: "Eyni zamanda, əsas elektrik şəbəkəsi və daxili şəbəkələrin formalaşması ilə bağlı işlər davam etdirilir".
Deputat sözlərinə davam edərək qeyd edib ki, 2022-ci il həm də Böyük Qayıdışın başlanğıcı kimi yadda qalacaq: "Çünki 2022-ci ildə Zəngilan rayonunda ilk məskunlaşmanın həyata keçirilməsi gözlənilir. Həmçinin, bu il ərzində Füzuli rayonunda "ağıllı kənd"in inşasına başlanılacaq. Ümumiyyətlə, Füzuli, Cəbrayıl və Ağdam şəhərlərinin yenidənqurulması ilə bağlı proseslər davam etdiriləcək. Ötən müddətdə həyata keçirilən işlər 2022-ci ildə Böyük Qayıdışın başlamasına imkan yaradıb. Daha sonra isə məcburi köçkünlər mərhələli şəkildə öz doğma yurdlarına qayıtmaq imkanı əldə edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB