Qalibiyyətin rəmzi Şuşa - SƏFƏR TƏSSÜRATI

Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri Şuşada aparılan yenidənqurma, bərpa və tikinti işləri ilə tanış olublar

Mövcud faktara və rellıqlara istinadən demək olar ki, Cənubi Qafqazın qədim diyarı, nadir gözəlliklər məskəni, xalqımızın maddi və mədəni irsini özündə əks etdirən Şuşa şəhəri haqqında qalaq-qalaq kitablar yazılıb, şerlər qoşulub, nəğmələr səsləndirilib. Təbii ki, bundan sonrada ənənə davam etdiriləcək. Şəhərin qonağı olan hər bir kəs burdan ayrılmaq istəmir. Şəhərin təmiz havası, fusunkar təbiəti, göz oxşayan gözəllikləri insanı özünə cəlb edir, uzaqlaşmağa qoymur. Ona görədə, Şuşanı hər bir azərbaycanlı özünün sevgi qisməti, ruhunun məbədi hesab edir. Şuşa həm də, tarixi qədim olan, xanlıqların, daha sonra dövlətçiliyimizin paytaxtı olmuş şəhərdir. Bu baxımdan Şuşa müasirliklə qədimliyi özündə birləşdirən şəhərdir. Hələ 1970-ci ildə Şuşada aparılan arxeoloji qazıntılar zamanı şəhərdə paleolit dövrünə aid daş alətlər aşkar olunub. Tarixi mənbələrə istinadən qeyd olunur ki, eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (yəni Şuşa) şəhərinin olması barədə geniş və ətraflı məlumat vermişdir. Tarixçi qeyd etmişdir ki, gözəl , füsunkar təbiətə malik olan şəhər hər cəhətdə dünyada bənzəri olamyan şəhərdir. İqtisadi, siyasi, mədəniyyət mərkəzi kimi yaradılan Şuşa Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının paytaxtı olub. İndi isə Türk dünyasının mədniyyət paytaxtı elan edilib. İşğallar zamanı şəhər dəfələrlə dağıdılıb, viran edilib. Yalnız Qarabağ xanı Pənahəli xanın dövründə şəhər dinclik tapa bilib. 1750-ci ildə, Pənahəli xan Şuşa kəndinin yaxınlığında şəhəri abadlaşdırılaraq yenidən qurub. Uzun illər Şuşa adı ilə yanaşı, şəhəri qurucunun şərəfinə Pənahabad adlandırılıb. Ağrılı, acılı günlər Şuşa şəhərinin başının üstünü 1992-ci il mayında yenidən aldı. Erməni-rus hərbi birləşmələri Azərbaycanda hakimiyyətsizlikdən istifadə edərək, tarixi şəhəri işğal edib, viran qoydular.

30 il yağı düşmən tapdağı altın olan Şuşa azadlıqda

Yağı düşmən 30 il ərzində digər ərazilərimiz kimi Şuşa şəhərinidə viran qoymuşdur. Mədəniyyət ocaqlarını, tarixi abidələri, qədim tilikililəri dağıdan erməni qəsbikarları 476-cı ildə Romaya soxulub, bütün mədəniyyət nümunələrini, abidələri dağıdan ostokotlardan fərqlənmədiklərini nümayiş etdirmişlər. Bu qəddarlığa dünya birliyi, demokratiyadan, insan azadlıqlarından danışan beynəlxalq təşkilatlar, aparıcı dövlətlərdə susdu. Ancaq haqsızlıq, ədalətsizlik uzun çəkmədi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağımızı, o cümlədən qədim diyarımız, dövlətçilik tariximizin mərkəzi Şuşamızı qəsbkardan azad etdi. Bu gün Şuşa özünün intibah dövrünü yaşayır. Hər yerdə geniş qruculuq, abadlıq işləri aparılır. Hər bir yaşayış evlərində, küçə və meydanlarda millətimizin nəfəsi hiss olunur. 2020-ci ilin mayında Prezident İlham Əliyev Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Azərbaycan Prezidenti İlham Əliyevin Şuşaya s\əfəri zamanı böyük şairimiz Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları olub. Cıdır düzündə “Xarıbülbül” müsiqi festivalı keçirilib, Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günləri təşkil olunub. Həmçinin “Şüşa” yarımstansiyasının açılışı olub, “Xarıbülbül” və “Qarabağ” hotelləri istifadəyə verilib. Eyni zamnda yeni məscidin, 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub. Bir sözlə, Ali Baş Komandan İlham Əliyevin dediyi “Biz qayıtmışıq, biz səni dirçəldəcəyik Şuşa” tarixi firkri reallaşmaqdadır.

Bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr reallaşdırılır. Qısa müddətdə Şuşanın baş planı hazırlanıb. Müzəffər Ali Baş Komandan dəfələrlə Şuşaya səfərlər edib. Onun hər səfəri böyük layihələrin icrası, açılışlar, təməlqoyma mərasimləri keçirilir, tunellər, avtomobil və dəmir yolları, elektrik yarımstansiyaları istifadəyə verilir. 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfər edərkən “Zəfər yolu”nun açılışında iştirak ediblər, Daşaltı məscidinin, Şuşa Radio-Televiziya Yayım Stansiyasının, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlini qoyublar. Aşağı Gövhər ağa məscidində, Mehmandarovların malikanə kompleksində aparılan işlərlə tanış olunub. İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə dost, qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyub Ərdoğan arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyənnaməsi imzalanıb. Azərbaycan və Türkiyə Prezidentləri Şuşada “Xan qızı” bulağında olublar.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 2021- ci il avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olublar. Şuşada açılan sərgidə Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Nadir Abdurrəhmanov, Mikayıl Abdullayev, Ucal Haqverdiyev, Müseyib Əmirov və Azərbaycanın digər görkəmli rəssamlarının əsərləri yer alıb. Burada Qarabağın mənzərələri, ədibləri, xalçası, atı, muğamı, Vətən müharibəsində qələbə mövzuları geniş əksini tapıb. Altmışdan çox əsərin nümayiş olunduğu sərgidə Xalq rəssamı Altay Hacıyevin “Məclisi-üns”, Xalq rəssamı Səttar Bəhlulzadənin “Yuxarı Daşaltı”, Əməkdar rəssam İnna Kostinanın “Qarabağın zənginliyi”, Leyla Əliyevanın “Xarıbülbül” əsərləri, Faiq Hacıyevin “Qarabağ atı”, Orxan Nəbizadənin “Qarabağ gözəli” kimi heykəltəraşlıq nümunələri və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunub.

Şuşa Türk dünyasının paytaxtına çevrilir

Şuşada quruculuq, adadlıq, tikinti işləri davam etdirilir. Həyat elə gətirdi ki, tarixi Şuşa şəhərini ziyarət etmək, orada aparılan tikinti, abadlıq, quruculuq işləri ilə tanış olmaq mənə də nəsib oldu. Yazıldığı və deyildiyi kimi Şuşa füsunkar təbiətə, ezaskar gözəlliyə malikdir. Qalın meşələrlə, uca dağlarla əhatə olunan şəhər, həm də qalaların sipər olduğu şəhərdir. 30 il ərzində mənfur düşmən Şuşanı dağıtmağa, tkililərini məhv etməyə, gözəlliyinə xələl gətirməyə çalışsada, elə Şuşanın özü yağı düşmənə müqavimət göstərib. 8 noyabr 2020-ci il də isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz terrorçu erməni hərbi birləşmələrinn bəzilərini məhv etdi, digərləri isə qaçmaqla canlarını qurtardılar və Şuşa azadlığına qovuşdu. Artıq şəhərdə geniş, bərpa, qruculuq işləri həyata keçirilir. Azərbaycanın KİV nümayəndələrinin Şuşaya səfəri şəhərin mərkəzi meydanında Türk dünyası mədəniyyətinin tanınmış simaları Natəvanın, Bülbülün və Üzeyir Hacibəylinin güllələnmiş heykəllərini ziyarət etməklə başladı. Mənfur düşmənin 30 ilə yaxın müddət ərzində vəhşiliklə dağıtdığı digər maddi-mədəni abidələri, inzibati binalarında aparılan təmir-bərpa işləri ilə yaxından tanış olduq. Şəhərin mərkəzində tikilməkdə olan icra hakimiyyətinin binasıina, Yuxarı Gövhərağa məscidində aparılan bərpa, təmir işlərinə baxış oldu.Daha sonar KİV nümayəndələri yenicə təmirdən çıxan “Qarabağ” otelinə, Şuşa qalasına, Xurşudbanu Natavanın adını daşıyan bağda ucaldılan görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinə, Xarı bulbul otel kompleksinə, “Azəiistiliktəchizat”ASC-nin Şuşa istilik sistemləri sahəsinə, “Azərişıq” ASC-nin Şuşa elektrik şəbəkəsi rəqəmsal idarəetmə mərkəzinə, böyük şair, Qarabağ xanı Pənahəli xan Cavanşirin baş vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə, Heydər Əliyev Fondu tərəfində təmir-bərpa işləri aparılan Mehmandarovların malikanə kompleksinə, Saatlı Məscid abidəsinə, Daşaltı kəndindəki 110/35/10 KV-luq Şuşa yarımstansiyasına, eləcədə tikinitisinin əsası qoyulan yeni məsçidin, 90 çarpaylıq xəstəxananın, uşaq futbol stadionunun, ümumtəhsil məkəbininin tikintisinin gedişinə baxıbalar. Ümumi təssürat yüksək olub. Əminlik yaranı, ki, aparılan tikinti, bərpa və yenidənqurma işləri tezliklə başa çatacaq və şuşalılar nəhayət öz doğma yurdlarına qayıdacaqlar.

Deyə bilərəm ki, Şuşaya ilk səfərimiz bizim yaddaşımızda silinməz izlər buraxdı. İnanırıq ki, növbəti səfərimiz zamanı şuşalılardan evlərində, iş yerlərində müsahibələr alacaq, onlarla birlikdə şəhərin meydanında şənliklər quracaq, qala divarları önündə tonqlallar qalayıb, bir daha dünyaya hayqıracağıq, “biz qayıtmışıq, biz evimizdəyik”.

İ.ƏLİYEV

Fotolar Muarad Adiloğlu.

Bütün xəbərlər Facebook səhifəmizdə