"Ötən günlərdə Ermənistanda maraqlı sosioloji sorğu keçirilib. "Ermənistan yol ayrıcında" adlı sorğu Almaniyanın dəstəyi ilə baş tutub". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.
Onun sözlərinə görə, aprel tarixində elan olunan nəticələr çoxlu sualların yaranmasına səbəb olub: "Güman edilirdi ki, Ermənistan Rusiyanın strateji müttəfiqi olduğundan onu dəstəkləyəcəyi gözlənilirdi. Lakin nəticələr bütün bu gözləntilərin üstündən bir xətt çəkmiş oldu.
Respondentlərin 34,1%-i qeyd edir ki, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün o, NATO-nun üzvü olmalıdır. Erməni əhalisi NATO-ya daha böyük əhəmiyyət verir. Eyni zamanda, erməni respondentlərin 46,1%-i Ermənistanın gələcək taleyini Avropa İttifaqına üzv olmaqda görür".
Deputat sözlərinə belə davam edib: "Bütövlükdə isə respondentlərin 69,7%-i Rusiya ilə əlaqələrin məhdudlaşdırılmasını istəyir və ABŞ, Avropa İttifaqı ilə münasibətlərin lehinə mövqedədir. Ekspertlər qeyd edir ki, əgər doğurdan da NATO və Avropa İttifaqı Ermənistan üçün bu qədər qiymətlidirsə, onda həmin ölkələrin Rusiyadan aldığı qazın qiymətini ödəsin. Ermənistan ictimaiyyəti Rusiyanın Ukrayna müharibəsində zəifləməsindən istifadə edərək Qərb ölkələrinə meyl edir. Ermənistan öz müttəfiqinə qarşı xəyanətkar mövqedədir. Hesab edirəm ki, bu reallığı Rusiyanın siyasi və hərbi elitası qiymətləndirəcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB