Səfər bir neçə açılış və təməlqoyma mərasimləri ilə əlamətdar olub - ŞƏRH EDİLDİ
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfər ediblər. Dövlət başçımızın işğaldan azad edilmiş bu bölgəyə səfəri bir neçə açılış və təməlqoyma mərasimləri ilə əlamətdar olub. İlk növbədə, Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlinin qoyulması xüsusi qeyd olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, yeni tikiləcək məscidin təməlqoyma mərasimində iştirak etməklə ölkə rəhbəri dövlətimizin öz milli adət-ənənələrinə, dini etiqadına və mənəvi irsinə sədaqətini bir daha vurğulamış oldular: “Məlumdur ki, işğal dövründə ermənilər İslam dini abidələri, o cümlədən məscidlər, türbələr və digər inanc yerlərini xüsusi amansızlıqla dağılmış, insanlığa yaraşmayan hərəkətlər etmişlər.
Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərini böyük vüsətlə həyata keçirilir. Prezident İlham Əliyevin göstərişi ilə hazırda Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Laçında digər tarixi-mədəni abidələrimizlə yanaşı, məscidlərimizin də bərpası və ya yenidən inşası həyata keçirilir. Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı da xüsusi əhəmiyyət kəsb edən bir məsələdir.
Azərbaycanın iqtisadi gücü və dövlət başçısının siyasi iradəsi işğaldan azad edilən ərazilərdə hərbi hissələrin yaradılmasını və onların ən müasir texnikalarla təchizatını mümkün edir. Ən önəmli məqamlardan biri də budur ki, ölkə ictimaiyyəti, bütün xalqımız dövlətin bu siyasətini birmənalı olaraq dəstəkləyir”.
Deputat sözlərinə belə davam edib: “İşğaldan azad olunmuş ərazilərdə idman və turizm kimi sahələrin inkişaf etdirilməsi də çox mühümdür. Belə ki, xüsusən gənc nəslin sağlam və vətənpərvər ruhda formalaşmasında idmanın rolu olduqca önəmlidir.
Ölkədə idmanın inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev bu siyasətin işğaldan azad olunmuş ərazilərdə də uğurla həyata keçirilməsinə ciddi şəkildə nəzarət edir. Bu baxımdan, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı da ölkəmizin idman həyatında mühüm əhəmiyyət kəsb edən hadisələrdəndir.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Novruz bayramlarını işğaldan azad olunmuş ərazilərdə qarşılamaları artıq bir ənənəyə çevrilmişdir. Prezident İlham Əliyevin Azərbaycan xalqına Novruz bayramı münasibətilə ünvanladığı təbrik çıxışı, əla xüsusən də işğaldan azad olunmuş torpaqlarımızdan xalqımıza güclü stimul, həm də düşmənlərimizə ünvanlanmış növbəti sərt xəbərdarlıq mesajı idi. Ölkə Rəhbərimizin təbrik çıxışı siyasi aspektdən mühüm əhəmiyyət kəsb edən bir çıxış idi.
Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdıqdan sonra dövlət başçısı bayram tonqalını ilk olaraq Şuşada, Cıdır düzündə qalamışdı. Bu hadisə hər bir Azərbaycanlının ürəyinə qazılmış gözlədikləri tarixi hadisə idi...Bu il isə bayram tonqalı Tərtər rayonunun Suqovuşan qəsəbəsində alovlandı. Dövlət başçımızın xalqa ünvanladığı təbrik çıxışında da qeyd etdiyi kimi, Suqovuşan qədim Azərbaycanın tarixi ərazisidir. Azərbaycan xalqı bu ərazilərdə və bütün Qarabağda əsrlər boyu yaşayıb. Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər, kəndlər yenidən qurulur. Dövlət başçımızın dediyi kimi, bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir və şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir.
Öz çıxışında Prezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, bu gün bütün bölgədə sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir. Bu bəyanatı, ilk növbədə, erməni separatizmini, erməni faşizmini hələ də dirçəltməyə çalışan qüvvələr diqqətə almalıdırlar. Onlar birdəfəlik bilməlidirlər ki, Azərbaycana qarşı hər hansı ərazi iddiaları Ermənistan üçün ən ağır nəticələrə səbəb ola bilər.Bu gün xalqımız Prezidentimizin liderliyi ilə xoşbəxt, firavan bir ölkənin vətəndaşı olmağının sevincini yaşayır. Bütün bu misilsiz xidmətlərinə görə xalqımlz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə qürur duymalı, mənəvi borcumuz olan minnətdarlıq hissini əskik etməməlidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB