Ermənistan bu təklifi rədd edə bilməz - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistanın müttəfiqlik etdiyi İran və Rusiyanın sanksiyalar altında əzildiyi bir vaxtda Qarabağda da kifayət qədər intensiv şəkildə atəşkəsin pozulduğunu nəzərə alsaq Azərbaycan artıq Ermənistan tərəfinə 3-cü təkliflər paketinə təqdim etməyəcəyi barədə ehtimallarımız daha da güclənir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, 1-ci paketi bir ildən çox gözlədik və Ermənistan nə Zəngəzur dəhlizinə, nə də 1-ci paketə göstərilən tələblərə cavab vermədi: "İndi isə Ermənistan 2-ci təkliflər paketinə cavab verməyə bilməz. Çünki, Azərbaycan üçün kritik əhəmiyyət daşıyan Zəngəzur dəhlizi Ermənistan sərhəddindən 5 metr kənarda olmaqla İranla tamamilə razılaşdırıldı və bununla bağlı memorandum imzalandı. Ermənistanın bu dəhlizə qoşulması üçün Azərbaycanın icazəsi lazımdır. Yəni Ermənistan özü razılıq verə bilməz. Bu razılıq isə Ermənistanın 5 maddədən ibarət olan təklifin şərtlərini yerinə yetirməsindən asılı olacaq. Əgər Ermənistan tərəfi səmimi olaraq bu qərarları yerinə yetirərsə, eyni zamanada imzalanan birgə bəyanatın Qarabağda tətbiqinə dair prosesləri sürətləndirərsə bu qərar Ermənistanın da maraqlarına uyğun gələ bilər. Bu Ermənistanın xeyirinə olan bir sənəddir. Əksi olarsa, yəni prosesləri uzatmaq niyətindədirsə o zaman ərazidə Azərbaycan ordusunun hissə və bölmələri üzərinə düşən vəzifələri məntiqi sonluğa çatdırmalı olacaqlar”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə