Xocalı soyqırımı erməni işğalçılığının və vəhşiliyinin nəticəsi idi - ŞƏRH EDİLDİ
"Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Ermənilər XX əsrin sonlarında bəşəriyyətə, insanlığa qarşı dəhşətli bir cinayət törətdilər. Dinc əhaliyə divan tutdular, canlarını qurtarmaq üçün qaçan əhali tələyə salınaraq qətlə yetirildi, əsir götürüldü". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, erməni barbarları şəhəri yerlə-yeksan edərək bu yurdun azərbaycanlılara məxsus olduğunu sübut edən izləri məhv ediblər: "Ümummilli Lider Heydər Əliyev hər il Xocalı soyqırımı günü dünya ictimaiyyətinə və azərbaycanlılara müraciətində bu dəhşətli faciə barədə öz qətiyyətli mövqeyini bildirib".
Deputat sözlərinə belə davam edib: "Bu amansız soyqırım insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olub. Xocalı soyqırımı erməni işğalçılığının və vəhşiliyinin nəticəsi idi. Prezident cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət nəticəsində bir sıra dövlətlər tərəfindən Xocalı soyqırımı tanınaraq siyasi qiymət verilib. Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın əvəzolunmaz xidmətləri olub. Leyla xanımın təşəbbüsü ilə 2008-ci ildən dünyanın bir çox ölkələrində fəaliyyət göstərən "Xocalıya Ədalət" kampaniyasına start verilib".
Deputat sözlərinə belə davam edib: "Xocalı faciəsi ermənilər tərəfindən qabaqcadan düşünülərək məqsədli şəkildə həyata keçirilib. Onların əsas məqsədi Azərbaycan xalqında qorxu hissi yaratmaq, mübarizə əzmini qırmaq və torpaqların itirilməsi ilə barışmağa təşviq etmək idi. Lakin ermənilər buna nail ola bilmədilər.
2020-ci il Vətən müharibəsində Azərbaycan ordusu 30 il erməni tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etdi. Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Xocalı qurbanlarının qisası alındı. Xocalı faciəsi və bu faciədə qətlə yetirilənlərin xatirəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Xocalıda Azərbaycan bayrağının yüksəlməsini və qətlə yetirilənlərin qanının yerdə qalmamasını arzu edirəm".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB