Təxribatlar yenidən baş verərsə bunun qarşısı çox sərt şəkildə alınacaq -MÜNASİBƏT BİLDİRİLDİ
"Ermənistan tərəfinin təxrinatlar törətməsi təccüblü deyil. Çünki Ermənistanda gedən proseslərə nəzər salsaq görərik ki, Paşinyanın hakimiyyətə gəlməsinə baxmayaraq o, hələ də söz sahibi deyil. Ermənistanda hələ də revanşist qüvvələr kifayət qədər aktivdir". Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.
Onun sözlərinə görə, Ermənistanda revanşist qüvvələrin qarşısı hələ də alınmayıb: "Revanşist qüvvələr xarici qurumların dəstəyi ilə maliyyələşdirilirlər. Ermənistanda kim hakimiyyətə gəlir gəlsin, onlar heç bir zaman müstəqil olmurlar. Həmişə onları hakimiyyətə gətirən və maliyyələşdirən qüvvələrin aləti olurlar. Onların sifarişləri ilə hərəkət edirlər. Paşinyan hökuməti də müəyyən qədər həmin qüvvələrin təsiri altındadır. Qardaş Türkiyə bu regionda sülhün bərqərar olunması üçün aktiv fəaliyyətgöstərib.
Digər tərəfdən Ermənistan üçtərəfli müqaviləyə qol çəksə də bu hadisələr onu göstərir ki, həmin müqaviləyə riayət etmir. Məcburiyyət qarşısında müqavilədəki bəndləri yerinə yetirirlər. Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini qəbul etmək istəməsə də bu məsələ öz həllini tapmalıdır. Bundan sonra sülh müqaviləsi məsələsi həll olunmalıdır. Bu məsələlərin qarçısını almaq üçün isə ən yaxşı yol təxribat törətməkdir. Sərhəddə müəyyən gərginliklərin yaranması sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin gecikdirmək üçündür.
Düşünürəm ki, bir qədər zamana ehtiyyac var. Burda geo-siyasi proseslərin müəyyən qədər təsiri var. Azərbaycan dövləti sözünə sahib bir dövlətdir. Beynəlxalq qurumlarda yetəri qədər nüfuza sahibdir. Azərbaycan dövləti Ermənistandan fərqli olaraq müstəqil dövlətdir. Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən, işğaldan azad edilmiş ərazilərə investisiya qoymaq istəyən dövlətlər kifayət qədərdir. Ermənistan istəsə də istəməsə də anlamalıdır ki, Azərbaycan qarşısına qoyduğu hədəflərə nail olacaq. Necə ki 44 günlük müharibədə işğalçı qüvvələri darmadağın etmişdir. Düşünürəm ki, digər məsələlər də öz qaydasına düşəcək.
Cənab Prezident İlham Əliyev Ağdam və Ağcabədi səfərlərində də Azərbaycanın mövqeyini bildirmişdir. Qeyd edib ki, Azərbaycanın bütün maraqları təmin ediləcək. Ermənistən istəməsə də müqavilənin bütün şərtlərini qəbul edəcəklər. Sərhəddə olan təxribatlara general-palkovnik Zakir Həsənov Ali Baş Komandanın əmrləri ilə adekvat cavab verir. Bütün atəş nöqtələri dərhal cavab atəşi ilə susdurulur. Əgər təxribatlar yenidən baş verərsə anındaca bunun qarşısı çox sərt şəkildə alınacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB