Ermənistan xalqı nəsə etmək qabiliyyətində deyil - POLİTOLOQ AÇIQLADI

"Bu gün Ermənistanda vəziyyət kifayət qədər ciddidir. Vəziyyətin ciddi olmağının ən böyük səbəblərindən biri 30 il ərzində Ermənistanın apardığı işğalçılıq və qəsbkarlıq siyasətidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, 30 il ərzində njdenizim və faşizmin bir çox ünsürlərini rəsmi dövlət ideologiyasına çevirmiş Ermənistandakı hakimiyyət və siyasi qüvvələr Ermənistan xalqının şüurunu zəhərləyiblər: "Bu gün Ermənistan xalqı Ermənistan üçün nəsə etmək qabiliyyətində deyil. Çünki Ermənistanda təhsil sistemi sıfırdır. Normal imkanı olan ermənilər isə ölkəni tərk edərək xaricə qaçıb və ölkədə çox böyük demoqrafiq problem var. Eyni zamanda ölkədəki miqrasiya böhranı da getdikcə dərinləşir. Ermənistanı son illərdə tərk edənlərin sayı kifayət qədər çoxdur və 44 günlük Vətən müharibəsində aldıqları dağıdıcı məğlubiyyətidən sonra bu rəqəmlər hər gün artır".

Onun sözlərinə görə, bu gün Ermənistanda hərbi sistem ümumiyyətlə aradan qaldırılıb, ölkə siyasi hakimiyyətə tabe olmaq istəmir: "Eyni zamanda hərbi komandanlıq içərisində siyasiləşmə prosesləri dərinləşir. Bundan əlavə ölkədə ciddi kadr problemi məsələsi var. Müdafiə nazirlərinin dəyişməsi, istedadsız insanların vəzifəyə təyin olunması, Ararat Mirzoyan kimi xarici diplomatiyadan başı çıxmayan bir adamın xarici işlər naziri təyin olunması, başqa ölkələrdəki Ermənistan səfirliklərinə güvəniləcək konsol və ya səfirin tapıla bilməməsi Ermənistandakı daxili, iqtisadi problemlərin siyasi problemlərlə qarışmasına səbəb olur. Eyni zamanda Ermənistan prezidentinə qarşı aparılan linç kampaniyalarından sonra Armen Sarkisyanın istefa verməsi bu gün Ermənistan prezidentliyi postuna normal bir namizədin tapıla bilməməsi də problemlərin dərinləşməsinə səbəb olur. Bütövlükdə Ermənistanda növbəti prezidentin parlament tərəfindən seçilməsi, daha sonra konstitusiyadakı dəyişikliklərlə bağlı referendum məsələsinin gündəmə gəlməsi Ermənistanın vəziyyətini daha da çətinləşdirəcək. Hazırda böyük bir xaos vəziyyətində olan Ermənistanın yeganə xilası Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırmaq, bu günə qədər apardığı provakasiyalardan və təxribatlardan əl çəkməkdir. Əks təqdirdə Ermənistanın gələcəyini böyük bir xaos və ümidsizlik gözləyir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə