Ermənistan əhalisi məcburən Paşinyana dəstək verib - MÜNASİBƏT BİLDİRİLDİ
"Ermənistanda Qarabağ klanı hakimiyyətə qayıtmaq istəyir, lakin Ermənistan əhalisinin böyük bir hissəsi müharibədən, korrupsiyadan, idarəetmə sistemindən bezdiyindən məcburən Paşinyana dəstək verib”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.
Onun sözlərinə görə, Paşinyana dəstəyin verilməsinin səbəbi müharibənin tezliklə bitməsidir: “Paşinyan isə zəruri addımlar atmadığına və ölkə sosial-iqtisadi böhrandan çıxa bilmədiyinə görə öz nüfuzunu itirib. Mübarizə kəskinləşir və Ermənistanın yeganə çıxış yolu sülh istiqamətində müəyyən addımlar atmasıdır. Üçtərəfli bəyannamənin hər bir bəndini icra etməli, kommunikasiyalar açmalı və bölgəyə real proseslərə inteqrasiya olmalıdır. Əks halda erməni dövlətçiliyi çox ciddi böhran içində olacaq və oradakı prosesləri prinsipcə proqnozlaşdırmaq mümkün olmayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB