Azərbaycanın mesajları Rusiya auditoriyasına çatdırıldı - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Yanvarın 30-da “Rossiya 24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verliş Prezidentimiz İlham Əliyev ilə bağlı idi. Verilişi bir çox insan izləyib və verilişdə maraqlı məqamlar çox idi". Bunu SİA-ya açıqlamasında siyasi ekspert Asif Nərimanlı deyib.

Asif Nərimanlı qeyd edib ki, verilişin aparıcısı TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycanı çox yaxından tanıyan şəxsdir: "Mixail Qusman hazırladığı verilişdə xüsusən Azərbaycanın müharibədən sonrakı dövrü əks olunub. Verilişdə Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda baş verən dəyişiklik ön plana çıxarılmışdı. Təbii ki, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövründə Azərbaycanda baş verən inkişafın nəticəsində torpaqlarımız işğaldan azad oldu. Bu nüanslara verilişdə yer verilmişdi. Burada təkcə torpaqlarımızı azad etməyimiz əks olunmamışdı, eyni zamanda Azərbaycanın iqtisadi və xarici siyasətinin uğurlarına da verilişdə yer verilmişdi. Burada ən maraqlı məqamlardan biri Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr edilməsi idi.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr çox ciddi uğurların əldə edildiyi dövrdür. Verilişin özünün daimi auditoriyası var. Bu auditoriyaya Azərbaycanın inkişafı və müharibədən sonra gördüyü işlər göstərildi. Müharibədən sonrakı reallıqlar və Prezident İlham Əliyevin verdiyi mesajlarda verilişdə əhəmiyyətli rola malikdir. Verilişdə eyni zamanda Rusiya Azərbaycan münasibətləri də əks olunmuşdu. Regiondakı əsas ölkələrdən biri Rusiyadır. Verilişdə Azərbaycanın mesajlarının Rusiya auditoriyasına çatdırılması özündə çox böyük əhəmiyyət kəsb edir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə