“Cənab Prezident İlham Əliyevin Gəncədə erməni vandalizminə məruz qalan binanın həyətindən birbaşa Ermənistana sərt xəbərdalığı, həmçinin faşizminə qarşı mövqeyi göstərir ki, rəsmi Bakı konkret olaraq Ermənistan tərəfindən revanşizm əhval-ruhiyyəsinin baş qaldırmasına imkan verməyəcək”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bundan əlavə cənab Prezident müsahibəsində Serjik Sarkisyana və Robert Koçaryana sərt mesajlar verdi: “Çünki hər iki şəxs hazırda yenə də revanşizmdən danışır. Onlar birbaşa Azərbaycan ərazilərini işğal ediblər. Azərbaycana qarşı soyqırım həyata keçiriblər. Onların qurduğu ordu Azərbaycana qarşı cinayət törədib. Təbii ki, burada Prezident faşist Njdenlə bağlı da mövqeyini ortaya qoydu. Ümumiyyətlə dünyanı erməni faşizminə qarşı mübarizəyə də səslədi. Çünki erməni faşizminin yeni təzahürləri ortaya çıxır.
Cənab Prezident müsahibəsində Ermənistan tərəfinə xəbərdarlıq edərək onların faşist, revanşist niyyətlərindən əl çəkmələrini bildirdi. Əgər, onlar bu niyyətlərindən əl çəkməsələr, Ermənistana növbəti zərbələr vurulacaq. Ümumiyyətlə, cənab Prezidentin birbaşa həmin ərazilərə səfər etməsi və buradan Ermənistana xəbərdlıq etməsindən Ermənistan tərəfi ciddi nəticə çıxarmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB