"Paşinyanın özü prezident olmaq arzusundadır" POLİTOLOQ ŞƏRH ETDİ
"Nikol Paşinyanın hakimiyyəti dövründə ilk dəfədir ki, belə vəziyyət yaranır. Həm prezident, həm baş nazir hakimiyyəti tədricən də məhkəmə hakimiyyəti tamamilə Nikol Paşinyanın əlinə keçib". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseyn deyib.
Onun sözlərinə görə, parlamentdə yerlərin əksəriyyəti Nikol Paşinyanın partiyasının üzvlərinə mənsubdur: "İndi heç şübhəsiz prezident postuna öz yaxını olan adamı irəli sürəcək. Yüksək texnologiyalar naziri Vahaqn Xaçatryanı prezident vəzifəsinə irəli sürəcək namizəddir. Paşinyanın verdiyi namizədi parlament əngəl yaratmadan qəbul edəcəkdir. Parlamentdə 60 faizə yaxın Nikol Paşinyanın partiyasından olan deputatlardan ibarətdir. Ermənistanda referendum gözləniləndir. Ola bilsin ki, referendumda ölkənin siyasi sistemi də gündəmə gətirilsin. Yəni, parlamentar sistemdən yenidən prezident üsul-idarəsinə keçirilsin. Paşinyanın özü prezident olmaq arzusundadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB