"Prezidentin ismarıcları Ermənistanın rəhbərliyi üçün ultimatumdur" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfəri digər səfərlər kimi mühüm əhəmiyyətə malikdir". Bunu SİA-ya açıqlamasında Bakı Politoloqlar klubunun rəhbəri Zaur Məmmədov deyib.

Zaur Məmmədov bildirib ki, Azərbaycanın ikinci böyük şəhəri, Ermənistanla sərhəddə, eyni zamanda çox önəmli strateji, kommunikasiya nöqtəsində yerləşən Gəncə daim dövlətimizin diqqət mərkəzindədir: "Gəncə daima öz spesifik xüsusiyyətlərinə görə seçilib. Gəncə xanlığınının bu şəhərin tarixində çox vacib məqamları var. Əlbəttə, Tərtər, Mingəcevir, Bərdə şəhərləri kimi Gəncə də 44 günlük müharibədə Ermənistan tərəfindən raket atəşlərinə tutulub. Gəncənin özünə 13 dəfə raket atılıb, 8-i şəhərdə partlamışdı. Təssüflər olsun ki, uşaqlar da daxil olmaqla dinc mülki sakinlərin həlak olması ilə nəticələnmişdi. 44 günlük müharibədə gəncəlilər Qarabağda ordu ilə birlikdə olub, böyük şücayət göstəriblər. Gəncədə Memorial Kompleks abidəsinə Prezidentin ziyarət etməsi və orada verdiyi ismarıclarda çox vacib idi. Bu tarixi aspektləri Azərbaycan unutmayacaqdır. Beynəlxalq təşkilatlarda öz gözləri ilə Gəncəni görməli idilər ki, müharibədən uzaq olan şəhərə raket atəşləri açılıb. Bu Cenevre konvensiyalarına, etik kodeksə və ümumiyyətlə insanlığa zidd, insanlığa qarşı böyük cinayətdir. Əfsuslar olsun ki, bu məsələyə dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar susaraq qarşıladı. Onlar çox yaxşı bilirdilər ki, atılan raketlər harada, kim tərəfindən və necə Gəncəyə tuşlanıb. Lakin bu məsələdə sakit dayandılar, şahidlik etmədilər".

Politoloqun sözlərinə görə, Azərbaycan 44 günlük müharibəyə başlayarkən özü beynəlxalq hüququ icra etdi. Bundan sonra da biz bu və ya digər yolla beynəlxalq hüququ icra edəcəyik: "Prezidentin Gəncə səfəri zamanı bir çox müəssisələr açılışı oldu və Prezidentin özü də iştirak etdi. Ən önəmlilərindən biri ASAN Xidmətin açılışı idi. Bildiyimiz kimi ASAN Xidmətin bir binası Gəncə şəhərində fəaliyyət göstərirdi, lakin ikinci filialının açılması əhalinin daha rahat və əsaslı şəkildə xidmətdən istifadəsinə gətirib çıxaracaqdır. Bundan başqa bu gün bizim üçün ən önəmli məsələlərdən biri təbii ki, şəhər və rayonların infrastruktur layihələrinin reallaşmasıdır. Gəncə Kəlbəcərə yaxınlığı ilə seçilir və Gəncəyə ən optimal yollardan biri Kəlbəcərə Murovdağ vasitəsilə həyata keçirilir. Bakı və Gəncə yolunun genişlənməsi və qatar yolunun sürətli qatarlarla əvəz edilməsi, eyni zamanda təyyarə vasitəsilə Gəncəyə gediş-gəliş sayının artırılması paytaxt və Gəncə arasında həm mülki, həm də hərbi məqsədlərlə daşımalarda çox müsbət hal kimi qiymətləndirilir. Cənab prezidentində bəyan etdiyi kimi Gəncənin infrastruktur lahiyələrinə çox böyük önəm verilir. Yollar bütün istiqamətlərdə Bakı, Kəlbəcər və Gürcüstan istiqamətində çəkilib və tamamlanıbdır. Gəncə şəhərinin qaz və işıq təchizatı tamamilə həll olunub. Prezidentin hakimiyyətdə olduğu 18 il ərzində 18 dəfə səfər etməsi Gəncəyə verilən önəmin xüsusiyyəti kimi başa düşülməlidir. Cənab Prezidentin Gəncədə "Azərtac"ın muxbirinə verdiyi müsahibədə Ermənistan rəhbərliyinə bir daha xəbərdarlıq etməsi də düşünürəm ki, Ermənistana çox ciddi ismarıcdır. Bu ismarıc ondan ibarət idi ki, Ermənistan yeni yaranmış reallığı qəbul etməli, təcavüzkar siyasətlərindən əl çəkməlidirlər. Əks təqdirdə biz onlara imkan verməyəciyik ki, onlar yenidən güclənsin və yenidən hansısa xəyallara qərq olsunlar. Bu Ermənistanın köhnə və yeni rəhbərliyi üçün ultimatiomdur. Prezidentin çıxışları Ermənistan tərəfinə cavabdır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə