"Dövlətin gənclər siyasəti bu gün də dayanıqlı inkişaf edir" AÇIQLAMA

"Hər il ölkəmizdə 2 fevral Gənclər Günü kimi qeyd olunur. Məhz ölkəmizdə bu günün keçirilməsi gənclərə göstərilən yüksək qayğının bariz nümunələrindəndir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının gənc müəllimi Aslan Əzimzadə deyib.

Onun sözlərinə görə, bu gün hər bir Azərbaycan gənci dövlətin dəstəyini hər zaman öz üzərində hiss edir: "Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün də dayanıqlı inkişaf etməkdədir. Biz bunu ölkədə qəbul edilən proqramlardan da görə bilərik. Belə ki, Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”, 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası və s. proqramlar bu gün Azərbaycan gəncliyini rəqabətqabiliyyətliliyini səciyyələndirən başlıca amillərdəndir. Bu gün Azərbaycan gəncliyi bütün sektorlarda uğur və nailiyyətlər qazanmaqdadır. Bir daha bütün gəncləri 2 fevral Gənclər Günü münasibətilə təbrik edirəm!"

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə