Onların hamısı tam peşəkarlardan ibarətdir - HƏRBİ EKSPERT MÖVQE BİLDİRDİ

"Təhlükəsizlik və müdafiəni təşkil etmək üçün bir çox ölkələrin öz sərəncamında yüksək effektivli silahlı qüvvələrin olması üçün çalışması, əlindən gələni etməsi şübhə doğurmur. Əgər biz peşəkar ordudan danışırıqsa burada əsas kriteriya, göstərici xidmətdə olan heyətin tamamının peşəkarlardan ibarət olmasıdır". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert bu barədə fikirlərini belə izah edib: "Hazırda tam peşəkar ordular NATO-ya daxil olan ölkələrə aiddir. Buraya ABŞ, Yaponiya, Böyük Britaniya, Kanada və s. aid edilə bilər. Azərbaycanda isə həm çağırışla, həm də peşəkarların orduya cəlb edilməsi ilə silahlı qüvvələr formalaşdırılır. Əsasən, döyüş hazırlığını təyin edəcək vəzifələrdə peşəkarların yerləşdirilməsi prosesinə təxminən 6 il əvvəl başlanılıb. Bu proses indi də davam etməkdədir. Yeni yaradılan hərbi hissələrin döyüş bölmələrinin bütün hissələri peşəkarlardan ibarətdir. Burada söhbət yeni komando hərbi hissələrindən gedir. Onların hamısı tam peşekarlardan ibarətdir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə