Erməni təxribatları nə ilə nəticələnəcək? - POLİTOLOQ ŞƏRH ETDİ

"Bildiyiniz kimi ermənilər tarixən təxribatlarla məşğul olub. Bunların heç bir zaman dövləti olmayıb. Hər şey kilsənin əlində cəmləşdiyinə görə bilirsiniz ki, din siyasətə çevriləndə daha çox dindən uzaqlaşır və siyasətə yaxınlaşır. Ona görə də Ermənistan keşişləri öz maraqlarına uyğun olan erməniləri elə də tərbiyələndiriblər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, dünyada ən çox təxribatçı xisləti çox pis olan ikiüzlü, riyakar həm də həddən artıq öz sözünü tutmayan bir etnokorporasiyadır: "Bu gün də həmin siyasəti davam etdirirlər. Çünki bunlar bunu tərgidə bilmirlər. Artıq o qədər adətkar olublar ki, bunun tərgidilməsi mümkün deyil. Bunlar müharibədən uduzmağı gözləmirdilər və Azərbaycan ordusunun Zəfəri erməniləri təkcə hərbi-iqtisadi cəhətdən çökdürmədi, ermənilər ideoloji cəhətdən də məhv oldular. Bunlar bugünə qədər özləri yalanlar quraşdırıb ona inanmışdılar ki, bütün gəncliyi də inandırırdılar. Artıq həm kilsə, həm də bu dünya ermənilərindən pul yığan həmin o dəstə bunun aradan qalxmasından qorxur deyə yenidən təxribatları davam etdirir. Bəlkə də qaytardılar siyasəti ilə məşğuldurlar".

Politoloq sözlərinə belə davam edib: "Birincisi bu təxribatların davam etməsi ermənilərin fitrətindən doğan bir şeydir. İkincisi erməniləri hal-hazırda bu təxribata çəkən bizim şimal və cənub qonşumuzdur. Bunların öz maraqları var. Şimal qonşumuz bir növ bütün Cənubi Qafqazı öz təsir dairəsində saxlamaq istəyir və Ermənistanın əlindən çıxmasını istəmir. Bilirsiniz ki, cənub qonşumuz da daha çox Azərbaycandakı gəncləri narkotika və digər bu tipli şeylərlə zəhərləyirdilər. İndi Azərbaycan buna son qoymağa başlayıb.

Son bir neçə ay ərzində Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin çox peşəkarcasına aparılan əməliyyatları nəticəsində artıq qramlarla yox, kiloqramlarla narkotika aşkar olunur və tək-tək yox, hər gün sayları kifayət qədər çox olan adamlar həbs olunur. İranın bəzi qüvvələrinin Azərbaycanda aparmaq istədiyi həm özlərini maddi cəhətdən, həm də Azərbaycanı çökdürmək cəhətdən apardığı bu siyasət də iflasa uğrayır. Ona görə də onlar da maraqlıdır ki, ermənilər təxribat törətsin.

Bilirsiniz ki, Paşinyan müharibəni uduzdu yenidən seçildi. Yəni, bu o deməkdir ki, Ermənistanda yaşayan ermənilər Qarabağın onlara artıq yük olmasını heç istəmirlər və onlar Qarabağdan əllərini çəkiblər. Amma Rusiya bunları məcbur edir ki, sən əlini çəkə bilməzsən. O tərəfdən də Fransa prezidenti Emmanuel Makronun seçkiləri var. Yəni, Fransanın bu ara qarışdırmaq siyasəti mart ayına qədər davam edəcək. Ondan sonra onlar da bunlardan əl çəkəcəklər. ABŞ-Rusiya qarşıdurması artıq Ermənistan-Rusiya müstəvisindən Ukrayna-Rusiya müstəvisinə keçib. Ona görə də bir növ onlar da ermənilərin təxribatla məşğul olmasında indi ABŞ o qədər də maraqlı deyil. Avropa da deməzdim ki, maraqlıdır.

Azərbaycan Prezidentinin Brüssel səfərindən sonra Avropa ittifaqı Azərbaycana münasibəti demək olar ki, 180 dərəcə müsbət istiqamətdə dəyişib. Bilirsiniz ki, hələ ermənilər 19-cu əsrlərin axırlarından təxribatla məşğul olurlar. Azərbaycan Ordusu, Ali Baş Komandanın rəhbərliyi altında Qarabağı necə azad etdisə, həmin "Dəmir Yumruq" yerindədir"-deyə, politoloq fikrini tamamlayıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...