Bizim üçün Ukrayna çox vacibdir - ŞƏRH EDİLDİ

"İlk növbədə qeyd etmək lazımdır ki, bu görüşün Kiyevdə keçirilməsi yəni, möhtərəm cənab Prezidentin Ukrayna prezidenti ilə görüşü danışılmış idi. Cənab Prezident öz çıxışında qeyd etdi ki, təxminən bir ay öncə Brüsseldə Ukrayna prezidenti ilə bir yerdə görüşüb. Onlar bir çox mühüm məsələləri müzakirə ediblər və danışmışdılar ki, bir də görüşəcəklər". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, prezidentlər iki ölkənin arasında iqtisadi beynəlxalq dostluq, xalqlararası dostluğun inkişafı barəsində və yüksələn trayektoriyasını qeyd ediblər: "O cümlədən qeyd olunmuşdu ki, ticarət əlaqələrimizin makroiqtisadi göstəricisi bir milyard dollara artıq çatıb və inamla deyilmişdi ki, bu rəqəmi də keçib. Bundan sonra da inkişaf gedəcək. Bizim maraqlarımız nədir? Bunu möhtərəm cənab Prezident qeyd etdi. Bizim üçün Ukrayna kənd təsərrüfatında və ərzaq məhsullarının istehsalı ilə məşğul olan bir nəhəng dövlətdir. O cümlədən Azərbaycanda bundan sonra da Ukrayna şirkətləri ilə birgə böyük işlər görüləcək.

"Xüsusi vurğulanmışdı ki, Azərbaycan investorları, o cümlədən "Socar" Ukraynada yanacaqdoldurma stansiyaları tikib. O gözəllikdə, möhtəşəmlikdə mən elə yanacaqdoldurma stansiyalarını dünyada heç bir ölkədə görməmişəm. Bu lahiyə də davam edir".

Deputat sözlərinə belə davam edib: "Burada maraqlı mədəniyyətlə əlaqədar cənab Prezident qeyd etdi ki, Azərbaycanda Şevçenkonun heykəli ucaldılıb, parkı var. Deməli, Ukrayna adına bizdə dairə var. Deməli bizim əlaqələr mədəniyyətdə çox böyük sürətlə artır. Azərbaycanda bu günləri yüzlərlə Ukrayna ali məktəblərinin məzunları işləyir. Biri də mən özüm Kiyev Milli Universitetinin məzunuyam, həm də oranın professoruyam. Deməli, bu günləri Ukrayna universitetlərində o ənənə davam edir və Sovet dönəmində bunun təşəbbüskarı Azərbaycan məzunlarının SSRİ-nin ən aparıcı universitetlərinə, ali məktəblərinə göndərilməsini Ulu Öndərin şəxsi təşəbbüsü və səyləri nəticəsində idi. Bu günləri də Ukrayna ali məktəblərində minlərlə Azərbaycan gəncləri oxuyur. Bu da onu göstərir ki, bizim elmi cəhətdən də kifayət qədər güclü əlaqələrimiz var və bu davam edir".

"Bir faktı da deyim ki, Ukraynada yaşayan etnik azərbaycanlılar barəsində bir neçə məlumat var. Amma mən deyim 500 mindən tutmuş, 600 minə qədər etnik azərbaycanlı yaşayır. Bu günləri onlar Ukrayna dövlətçiliyini dəstəkləyirlər, çox aktiv formada dövlətçiliyin inkişafında iştirak edirlər, keçmiş seçkilərdə vilayət və şəhər deputatlığına 20 etnik azərbaycanlı keçib, deputat olub. Biz bunlarla fəxr edirik. Bir çox azərbaycanlılar Ukraynada məsul vəzifələr tuturlar. Bizim üçün Ukrayna çox vacibdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə