""SƏS" qəzetinin yaranışı Azərbaycanın müstəqillik tarixi ilə demək olar ki, bərabərdir. Belə ki, 1990-cı illərin əvvəllərində həm Azərbaycanın müstəqilliyi elan olunub, həm də "SƏS" qəzeti yaranaraq fəaliyyət göstərib". Bu sözləri SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, bu tarixlər təsadüfən uyğunluq təşkil etmir: "Həm də "SƏS" qəzeti Azərbaycanın müstəqillik əldə etməsi üçün çalışan insanların, təbəqələrin, qrupların bir ruporuna çevrilib. "SƏS" qəzeti daimi olaraq Azərbaycanın müstəqilliyinin yanında olub. Azərbaycanın müstəqilliyi üçün çalışaraq öz xidmətlərini göstərib".
""SƏS" qəzeti bu baxımdan çox şərəfli yol keçib. Təsadüfi deyil ki, Ümummilli Liderimiz Heydər Əliyev də "SƏS" qəzeti haqqında çox yüksək fikirlər səsləndirib. Mən "SƏS" qəzetini təbrik edərək ona uğurlar arzu edirəm. Necə ki 31 ildə müstəqil və demokratik Azərbaycan dövlətinin yanında olub bundan sonra da ona öz missiyasını davam etdirmək və daimi olaraq xalqın, dövlətin, müstəqilliyinin ruporu olmasını arzulayıram. Əminəm ki, belə də olacaq və "SƏS" qəzeti öz missiyasını davam etdirəcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB