Avropa İttifaqı Azərbaycanın mühüm ticarət tərəfdaşıdır - ŞƏRH EDİLDİ

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən İtaliyanın nüfuzlu “İl Sole 24 Ore” qəzetinə müsahibə verib və qəzetin Yaxın Şərq regionu üzrə müxbirinin suallarını cavablandırıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, bir sıra mühüm məsələlərə cənab Prezident tərəfindən toxunulub və burada Azərbaycan ilə Avropa İttifaqı arasında olan münasibətlər, eyni zamanda Avropa İttifaqı Şurasının prezidentinin Cənubi Qafqaz regionuna olan marağı burada Ermənistanla olan münasibətlərin tənzimlənməsi istiqamətində təşəbbüsləri eləcə də bu xüsusda keçirilən görüşlər mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli birgə bəyanatların implimentasiyası məcburi xarakter daşıyır. Eyni zamanda Avropa İttifaqı kontekstində də bir sıra mühüm görüşlər keçirilir. Avropa İttifaqı Azərbaycanın mühüm ticarət tərəfdaşıdır. Çünki Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol çox önəmlidir. Nəzərə almaq lazımdır ki, qaz qiymətlərinin artımı və qaza olan tələbat çox yüksək səviyyədədir. Eyni zamanda biz Avropa İttifaqının da Azərbaycana və Ermənistana münasibətində olan fərqi müşahidə edirdik. Azərbaycanın xarici siyasəti və diplomatiyası ikilistandartların aradan qaldırılması uğrunda fəaliyyətini özündə əks etdirir. Çünki Avropa Komissiyası tərəfindən Ermənistana təqdim ediləcək paket 2.6 milyard dolları əhatə edir. Azərbaycanda isə bu rəqəm 140 milyondur. Təqribən 20 dəfə artıq yardımdan söhbət gedir”.

Politoloq sözlərinə davam edərək bildirib ki, bugün yardıma ehtiyacı olan tərəf Azərbaycandır: "Kreditlərə, müxtəlif datasiyalara Azərbaycan tərəfi ehtiyac duyur. Lakin təəccüblü olsa da Ermənistan tərəfinə bu yardımlar edilir. Eyni zamanda vurğulanmalıdır ki, Ermənistan tərəfi işğal dövrü ərzində 1 milyona yaxın minaları bu ərazilərə basdırıb. Bu Azərbaycanın dayanaqlı inkişafının qarşısını alan əsas əngəldir və məcburi köçkünlərimizin həmin ərazilərə təhlükəsizlik şəraitində qayıtmasına da maneə olur. Buna görə də daha çox Azərbaycan hazırda yardıma ehtiyac duyur. Lakin Ermənistan tərəfinə bu yardımlar qat-qat çox miqdarda edilir. Bu qərəzin bir nümunəsidir.

Digər bir tərəfdən cənab Prezident öz müsahibəsində keçmiş Dağlıq Qarabağ münaqişəsi ətrafında olan vəziyyət haqqında müfəssəl məlumat verib və bu məsələnin tarixi aspektinə toxunub. ATƏT-in Minsk Qrupu və onun ətrafında hazırda gedən proseslər, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmaması və Ermənistanın destruktiv fəaliyyəti danışıqlar prosesindən çıxmaq, eyni zamanda Minsk qrupunun diplomatik siyasi müstəvidə iflasa uğraması problematikasına da diqqət çəkib. Təbii ki, Azərbaycanla Avropa İttifaqı arasında olan münasibətlərdə enerji təhlükəsizliyi mühüm amil kimi dəyərləndirilir. 21-ci əsrin ən mühüm infrastruktur layihəsi olan Cənubi Qaz dəhlizinin istifadəyə verilməsi Azərbaycanla Avropa İttifaqını daha da yaxınlaşdıran komponent kimi dəyərləndirilir. Bu layihə həm də Xəzərin Azərbaycan sektorundan "Şah Dəniz 2" yatağından İtaliyaya qədər uzanır. Ona görə də İtaliya oxucuları üçün də bu sahənin öyrənilməsi mühüm amildir. Layihə 4 seqmentdən ibarətdir. Uğurla bütün seqmentlərin istifadəyə verilməsi Azərbaycanın iqtisadi diplomatiyasının da bir nəticəsi kimi dəyərləndirilir. Bu xüsusda Avropa İttifaqının üzvlərinin etibarlı şəkildə enerji ilə təchiz olunması Azərbaycanın stateji priotetləri sırasındadır.

Nəzərə almaq lazımdır ki, yanvar ayının 1-dən başlayaraq Azərbaycan İtaliya, Yunanıstan və Bolqarıstanı 7.2 milyard kub metr qazla təchiz edəcək. Gələn il ötən illə müqayisədə bu rəqəm 9 milyarda, 2023-cü ildə isə 11 milyard kub metrə çatacaq. Bu da Balkan regionunu etibarlı şəkildə enerji layihələrinin şaxələndirilməsi yolu ilə qazla təchizatını özündə əks etdirir. Digər tərəfdən Azərbaycanla İtaliya arasında da çox isti və sıx münasibətlər var. İtaliya Azərbaycanın ərazi bütövlüyünü tanıyan dövlətlər arasındadır, vətən müharibəsi dövründə də Azərbaycana dəstəyini bildirib. Azərbaycan tərəfinin bəyan etdiyi əsas tezis bundan ibarətdir ki, Qarabağın yenidən qurulmasında, dirçəldilməsində dost ölkərin şirkətləri yaxından iştirak etməlidir. Bu istiqamətdə İtaliyanın da fəaliyyəti diqqət çəkir. İtaliya şirkəti Bakıda Zəfər muzeyinin tikintisinə fəal şəkildə cəlb olunub. Bu rəmzi məna daşıyan bir jestdir.

Qeyd etdiyimiz kimi İtaliya şirkətləri burada böyük zövqlə yüksək səviyyədə dostluq münasibətlərinin rəmzi olan bir sıra memarlıq abidələri inşa edirlər. Eyni zamanda neft-kimya və sənaye sahəsindədə bir sıra əməkdaşlıq münasibətləri qurulub. Düşünürəm ki, bundan sonra da İtaliya il Azərbaycan arasında olan ticari-iqtisadi münasibətlər, siyasi münasibətlər, enerji sayəsində olan əməkdaşlıq daha da dərinləşdiriləcək".

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə