Prezident ölkəmizin və dövlətimizin maraqlarını daim müdafiə edir - ŞƏRH EDİLDİ
"Cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində bir daha sübut etdiki Azərbaycan informasiya müharibəsində daima ön sıralarda yer alır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, cənab Prezident müxtəlif beynəlxalq mətbuata verdiyi müsahibələrdə ölkəmizin və dövlətimizin maraqlarını daim müdafiə edir. "Özəliklə İtalyanın "İl Sole 24 Ore" qəzetinə verdiyi müsahibəsində cənab Prezident Ermənistanla Buruseldə və Soçidə keçirilən görüşün detalları haqqında Avropa oxucusuna məlumat verib. Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyevin müsahibə verdiyi qəzet İtalyada kifayət qədər oxucu kütləsi geniş olan mətbuat orqanlarından biridir. Bu müsahibələrin əhəmiyyəti beynəlxalq məkanda Azərbaycanın həqiqətlərinin daha da möhkəmlənməyinə səbəb olur və ölkəmizin qlobal informasiya sistemində dolğun siyasətinin əks olunmasını özündə ehtiva edir".
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB