Rusiya və Çin liderləri yeni ittifaq elan ediblər

Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin bu gün videokonfrans formatında görüş keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, təxminən 1 saat davam edən görüşdə liderlər ikitərəfli əlaqələri, regional məsələləri və koronovirus epidemiyasını dəyərləndirib və gələn fevral ayında Pekində üz-üzə görüşmək qərarına gəliblər. Putin fevralda Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının açılışında iştirak edəcəyini bildirərək, dəvətə görə Çin Prezidentinə təşəkkür edib.

Rusiya ilə Çin arasındakı ticarət əlaqələrinə də toxunan Putin, “Ticarət həcmi bu ilin yanvar-noyabr ayları arasında 31 faiz artaraq 123 milyard dollara çatdı. Beləliklə, pandemiyadan əvvəl 2019-cu ilin rekordunu qırdıq. Əvvəllər proqnozlaşdırdığımız kimi, yaxın gələcəkdə 200 milyard dollar hədəflənir. Nüvə enerjisi enerji sektorunda, sənayedə və yüksək texnologiyalarda, o cümlədən enerji sektorunda bir sıra irimiqyaslı birgə layihələr həyata keçirilir” ifadə edib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə