Ermənilər pulları oğurlayırlar və mənimsəyirlər - DEPUTAT ŞƏRH ETDİ
“Dünyada elə ölkələr var ki, orada erməni lobbisi çox güclüdür, həm də varlıdır, imkanlıdır. O ölkələrin biri ABŞ, ikincisi Fransa, üçüncüsü Portuqaliyadır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, Rusiyada kifayət qədər erməni lobbisinin gücü var: “Hiss olunur ki, ermənilər Azərbaycanın qələbəsindən və özlərinin kapitulyasiyasından sonra hər şeyə əl atırlar ki, mümkün qədər prosesi, danışıqları uzatsınlar və yaxud bu danışıqlarda müəyyən maraqlı məqamları irəli sürsünlər, onları təsdiqləsinlər və dünya ictimaiyyətində çalışırlar ki, Azərbaycana, türkdilli ölkələrə qarşı Azərbaycanın dostlarına qarşı mübarizəni artıq bu formada aparsınlar”.
Deputat sözlərinə belə davam edib: “Mən, həmişə qeyd etmişəm ki, bəli müharibə qurtardı, amma ideoloji müharibə, siyasi mübarizə, beynəlxalq müharibə bu heç vaxt dayanmayacaq. Ona görə ki, ermənilərin bu şovinistliyi, anti-Türkiyə, anti-azərbaycanlılara qarşı siyasətin tarixi bəlkə də 300 ildən çoxdur və bunlar bundan əl çəkmirlər. Bu bir məqamdır. İkinci məqam ondan ibarətdir ki, Ermənistanda kifayət qədər qüvvələr var ki, bunlara bu məsələlər çox maraqlıdır. Bunların maddi marağı var, bunlar bundan kifayət qədər pul qazanırlar. Yəni, gələn pulları oğurlayırlar və mənimsəyirlər ki, bu da üzə çıxır. Bunun cavabını Ermənistanda kim verəcək bu özü də sual altındadır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB