Yeni bir dövlətin qurulmasına Ümummilli Liderin sayəsində nail olduq - DEPUTAT ŞƏRH ETDİ

“1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlətçilik tarixinə yeni dövr açmışdır. Belə ki, 1993-cü ilə qədər dövlət müstəqilliyimiz böyük sınaqla qarşılaşanda təcrübəli Liderimizn hakimiyyətə qayıdışı dövlətmizin gələcək taleyinə yaşıl vəsiqə qazandırmış oldu. Demək olar ki, heç nəyi olmayan yerdən yeni bir dövlətin qurulmasına məhz Ümummilli Liderimizin sayəsində nail olduq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, xalqın içində olub insanların problemlərini yaşamış Ulu Öndərin hakimiyyətə qayıdışından sonra müəyyənləşdirdiyi siyasətin təməlində insanların sosial rifahının yaxşılaşdırılması və sosial dövlətin yaradılması əsas məqəsəd kimi müəyyənləşdirdi: “1994-cü ildən bu istiqamətdə atılan addımların əhatəsi günü-gündən genişlənirdi. 1995-ci ildə Ulu Öndərin rəhbərliyi altında hazırlanaraq qəbul olunmuş Konstitusiyamızda Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi qeyd olundu və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalması ana qanunumuzda təsbit edildi”.

Deputat sözlərinə belə davam edib: “Ulu Öndərin dövlətə rəhbərlik etdiyi 1993-2003-cü illərdə pensiya və müavinətlər 8 dəfə, muzdla işləyənlərin əmək haqqı 6 dəfə artırıldı. Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsinin, Demoqrafik İnkişaf Konsepsiyasının, məşğulluq, əmək miqrasiyası və s. sahələrlə bağlı qanunların, əlilliyin qarşısının alınması və reabilitasiyası üzrə ilk dövlət proqramının qəbul edilməsi, pensiya təminatı sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurularaq təkmilləşdirilməsi üçün islahatlara başlanması təmin edildi. Bu illər ərzində vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində icra olunan dövlət proqramları insanların sosial rifahında müsbətə doğru inqilabi dəyişiklik etdi. Azərbaycanda müstəqil sosial dövlətin əsasları möhkəm təməllər üzərində formalaşmağa başlandı”.

“Çox təəssüf ki, 2003-cü ilin 12 dekabrında Ümummilli Lider Heydər Əliyevi cismən itirdik. Amma Ulu öndərin müəyyənləşdirdiyi sosial siyasət kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Bu gün neft kapitalını insan kapitalına istiqamətləndirməsini əsas vəzifə kimi qarşısına qoyan cənab Prezident 44 günlük Vətən müharibəsində qalib gəlməyimizə yol açdı. Bu gün müstəqil Azərbaycan dövləti müharibənin bitdiyi bir ili ərzində qaçqın və köçkünlərimizin üzləşdiyi ən böyük sosial problemi olan qaçqınlıq həyatına son qoyulması üçün çox ciddi addımlar atır. Düşnürəm ki, Ulu öndərin əsasını qoyduğu sosial dövlət kursu Prezident İlham Əliyevin rəhbərliyi altında gələcək illərdə də daha dərinləşəcəkdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə