Ümummilli Lider Azərbaycanda həyata keçirilən sosial dövlət modelinin müəllifidir - DEPUTAT ŞƏRH ETDİ

"Müasir Azərbaycan tarixinin böyük bir hissəsi, önəmli bir mərhələsi Ulu Öndər Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana 34 illik rəhbərlik dövrü Azərbaycan tarixinin ən mühüm inkişaf mərhələsi olmuşdur. Azərbaycanın bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad edərək Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu yerinə yetirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Rauf Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan bu gün dünyanın ən sürətlə, hərtərəfli inkişaf edən dövlətlərindən birinə çevrilmişdir: "Bu gün ölkəmizdə davam edən geniş miqyaslı quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycan tarixinə xilaskar və qurucu lider kimi daxil olmuş Ulu Öndər xalqımızın taleyində, siyasi - ictimai və mədəni həyatında böyük xidmətlər göstərmişdir".

"1993-cü ildə respublikamızda tuğyan edən ictimai-siyasi böhran zamanı ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, siyasi-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikamızın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatımızda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycan dünya birliyinə inteqrasiyaya başladı".

"Ulu Öndər Heydər Əliyevin işləyib hazırladığı və mərhələ-mərhələ həyata keçirdiyi neft strategiyası Azərbaycan dövlətinin gələcəyi üçün müstəsna əhəmiyyət kəsb etmişdir. 1994-cü ilin sentyabr ayının 20-də Bakıda Azərbaycan və dünyanın 8 müxtəlif ölkələrini təmsil edən 13 məşhur neft şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və Günəşli yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəkilində bölüşdürülməsi” haqqında saziş-tarixə “Əsrin müqaviləsi” adı ilə düşmüş sənəd imzalanmışdır. Müqavilənin bağlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev misilsiz rol oynamışdır. “Əsrin müqviləsi” nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyəatının bütün sahələrində dönüş yarandı və nəhəng layihələrin həyata keçirilməsinə başlandı. Bununla da Azərbaycan gələcək inkişafını təmin edəcək güclü hərtərəfi inkişaf etmiş iqtisadiyyatının möhkəm təməli qoyuldu".

"Heydər Əliyevin çoxsahəli ictimai-siyasi, sosial-iqtisadi, mədəniyyət və digər sahələrdə yorulmaz fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini Azərbaycan xalqı heç bir zaman unutmayacaq. Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri bilavasitə onun rəhbərliyi ilə işlənib hazırlanan və həyata keçirilən sosial dövlət modeli olmuşdur. Heydər Əlyev hakimiyyətə gələnədək ölkədə heç bir iqtisadi qanunlarla tənzimlənməyən sosial siyasət həyata keçirilirdi".

Deputat sözlərinə belə davam edib: "Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda dövlət quruculuğu prosesləri ilə yanaşı olaraq, ölkədə sosial siyasətin də formalaşması və həyata keçirilməsi istiqamətində mühüm addımlar atılmağa başlandı. İqtisadi imkanların məhdud olduğu o zamanlar mövcud maliyyə imkanlarının sosial müdafiə sahəsinə, planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçidin, sərbəst bazar qiymətlərinin yaratdığı çətinliklərdən əhalinin qorunmasına yönəldilməsi, o cümlədən işləməyən pensiyaçılara kompensasiyaların verilməsi, çörəyin və çörək məmularlarının qiymətlərinin tənzimlənməsi və əhalinin az təminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən əlavə tədbirlər Ümumlider Heydər Əliyevin xalqa bağlılığının əyani təzahürü olmaqla yanşı eyni zamanda sosial sahənin inkişafının onun fəaliyyətində əsas istiqamətlərdən olduğunun göstəricisidir. “Sosial yönümlü bazar iqtisadiyyatı bizim iqtisadiyyatımızın əsas prinsipi olmalıdır” deyə bəyan edən Ulu öndərin qəbul etdiyi qərarlar bu sözlərin dövlətin daimi güclənməsi prosesində əməli təsdiqini tapmasına xidmət edirdi. Ulu Öndərin uğurlu neft strategiyası respublika iqtisadiyyatının inkişafına təkan verməklə, nəzərdə tutulan sosial vəzifələrin yerinə yetirilməsinə imkanlar yaratdı".

"Bununla yanaşı, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi və Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığı ən yüksək səviyyədə bəyan edildi. Bu da dahi şəxsiyyət Heydər Əliyevin sosial dövlət ideyasının Əsas Qanun səviyyəsində təsbit etməklə, bu ideyanın dövlətin inkişafında aparıcı amil kimi müəyyən edilməsini şərtləndirdi".

"Heydər Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən sosial siyasətin iki əsas xarakterik xüsüsiyyətini qeyd etmək lazımdır. Bunlardan biri sosial siyasətin dayanıqlı olması, ölkənin iqtisadi potensialına əsaslanması, ikincisi isə onun mükəmməl və dünya təcrübəsində sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsidir. Həyat keçirilən sosial siyasətin inkişaf mərhələlərinə baxsaq görərik ki, ölkə iqtisadiyyatının dərin böhrandan çıxmasından, daxili sabitliyin təmin edilməsindən sonra sosial sahədə əhəmiyyətli addımlar atılmışdır. Ardıcıl olaraq ayrı-ayrı kateqoriyadan olan şəxslərin sosial mdafiəsini təmin etmək məqsədi ilə müxtəlif qanunlar- “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Valideyinlərini itirmiş və valeyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Uşaq hüquqları haqqında” və sosial sahəni əhatə edən digər qanunlar qəbul edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarının və azadlıqlarının, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların nüdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir".

"Yaradılmış normativ hüquqi bazya uyğun olaraq sosial cəhətdən həssas kateqoriyaların, o cümlədən şəhid ailələrinin, müharibə veteranlarının və əliliyi olan şəxslərin, qaçqınların və məcburi köşkünlərin, Şernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Milli Qəhrəmanlara, onlardan həlak olanların ailələrinə yardım edilməsi, minimum əmək haqqının artırılması, işsizliyin azaldılması və s. kimi istiqamətlərdə ilk və mühüm addımlar idi".

"Qısa zaman ərzində respublikamızda nəinki sosial sabitliyə nail olundu, eyni zamanda , 1990-cı illərdə şəhid ailələrinin və müharibə əlillərinin dövlət hesabına mənzillərlə, müharibə əlilərinin minik avtomobilləri ilə təminatı, fiziki məhdudiyyətli insanların qabiliyyət və istedadlarının tanınması üçün ümumrespublika tıdbirlərinin təşkili işlərinə başlamaqla , bu işlər ildən-ilə sürətləndirildi. Azərbaycanda sosial dövlətin möhkəm təməlinin formalaşması həmdə artıq 2000-ci ildə ölkəmizin qlobal səviyyədə yoxsulluğun kəskin şəkildə azaldılmasını nəzərdə tutan beynəlxalq təşəbbüs və proqramlara fəal şəkildə qoşulmağa imkan verdi".

"Ümumilikdə 1993-2003-cü illər Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olması təmin edilərək, Azərbaycan tarixinin bu şərəfli dövründə güclü sosial siyasəti formalaşdırmaqla daim gücləndirilməsinə, pensiya və müavinətlərin 8 dəfə, muzdla işləyənlərin orta aylıq əməkhaqqının 6 dəfədən çox artırılmasına nail olundu. MDB məkanında ilk dəfə Azərbaycan yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsinin, Demoqrafik İnkişaf Konsepsiyasının, məşğulluq, əmək miqrasiyası və s. sahələrlə bağlı qanunların, əlilliyin qarşısının alınması və reablitasiyası üzrə ilk dəvlət proqramının qəbul edilməsi, pensiya təminatı sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurularaq təkmilləşdirilməsi üçün islahatlara başlanması təmin edildi".

"2003-cü ildən sonrakı dövrü böyük yolun davamı kimi dəyərləndirən cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçildiyi vaxtdan Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, həyata keçirdiyi düşünülmüş və balanslaşdırılmış siyasi kursu ilə Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları xalqımızın tarixi keçmişinin, müstəqillik tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin qətiyyəti sahəsində Ulu Öndərin yeni neft strategiyasının uğurla reallaşması və inkişaf etdirilməsi, yeni sosial-iqtisadi layihələrin həyata keçirilməsi, regionda, eləcə də dünyada cərəyan edən proseslərə dövlət başçısının müdrik siyasi baxışları Azərbaycanın dövət müstəqilliyinin daha da möhkəmləndirilməsinə və dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir".

"Hazırda bütün dünyanı əhatə edən koronavirus pandemiyasının Azərbaycanda yaratdığı sosial-iqtisadi çətinliklərin aradan qaldırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığı ilə işlənib hazırlanmış və həyata keçirilən kompleks tədbirlər göstərir ki, ölkəmiz pandemiyadan ən az zərərlə çıxan ölkələr sırasında olacaq. Bu tədbirlərin həyata keçirilməsi bir daha göstərdi ki, Azərbaycanda aparılan dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur".

"Müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınması, Azərbaycan Prezidentinin həyata keçirdiyi müdrik çoxşaxəli siyasət, qazanılan bütün uğurlar əminliklə düşünməyə əsas verir ki, dövlət müstəqilliyi bir də heç vaxt əldən verilməyəcək, əbədi olacaq".

"2003-cü ildən başlayaraq cənab Prezident tərəfindən yeni tarixi şərait, reallıqlar müdrikcəsinə qiymətləndirərək müəyyənləşdirilən və həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın hərtərəfli, sürətlə inkişaf edən dövlətlərimdən birinə çevrilmişdir. Ötən illər ərzində cənab Prezidenin rəhbərliyi ilə Azərbaycan çox böyük uğurlara imza atmışdır. Əlbətdə bu uğurların başında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 gün davam edən, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən Müharibəsində ermənistan ordusunun darmadağın edilməsi ilə nəticələnən böyük qələbsidir. Bu qələbə bütünlükdə azərbaycan xalqının, lider-xalq, xalq-iqtidar birliyinin sarsılmaz olduğunu göstərdi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç bir vaxt bu qədər güclü olmamışdır. Prezident cənab İlham Əliyev Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edərək deyib:”Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirərə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Nəticədə Azərbaycan bu gün güclü iqtisadiyyata, güclü orduya,dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik bir ölkədir. Azərbaycan Respublikasının 2022-ci il üçün təsdiq olunan dövət büdcəsində sosial xərclər üzrə nəzərdə tutulan xərclərin həcmi buna bariz nümunədir. Gələn ilin büdcəsində nəzərdə tutulan sosial xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisi 46,5 faiz nəzərdə tutulmuşdur. Dövlət başçısının həyata keçirtdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlər dayanıb. 2003-cü ildən ötən vövrdə minumum əmək haqqı 10 dəfə, orta aylıq əmək haqqı 7 dəfə, əhalinin nominal gəlirləri 6,9 dəfə, real gəlirləri 7,6 dəfə, pensiyalar 9 dəfə artmışdır".

"Son 18 ildə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumdaxili məhsul üç dəfədən çox artmıçdır, yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Dünyada baş verən qlobal iqtisadi-maliyyə böhranlarına, hal-hazırda davam edən COVID-19 koronavirus pandemiyasına baxmayaraq, Azərbaycanda əldə olan uğurlar dünuanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qeydə alınmışdır. Dünya Bankının “Doing Business” hesabatında reytinqə görə, Azərbaycan 190 ölkə arasında 28-ci yerdədir. Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir".

"Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərinə görə Azərbaycan dünyanın 74 inkişaf etmiş ölkəsi arasında öncül sıralardadır. Əhalinin elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında Azərbaycan ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci yerdədir. Azərbaycan Hökumətin uzunmüddətli strategiyası üzrə 10-cu yerdədə, hökumətin siyasi sabitliyi təmin etməsi üzrə 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı göstəricilərdə yüksəkdir. Azərbaycan dəmir yolu xidmətlərinin səmərəliliyi üzrə 11-ci yerdə, hava yolları xidmətlərinin səmərəliliyi üzrə12-ci yerdə, avtomobil yollarının keyfiyyəti üzrə isə 24-27-ci yerlərdədir".

"Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmışhəm xarici siyasət, 44 gün davam edən Vətən Müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ölkədə həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə əldə olunan uğurlar bir daha göstərir ki, xalqımızın sosial-rifah halının yaxşılaşdırılması Azərbaycanda həyata keçirilən siyasi kursun ana xəttidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...