Amnistiya tətbiq edilən şəxslərin razılığı alınmalıdır - HÜQUQŞÜNAS AÇIQLADI

“Amnistiya elə bir normativ hüquqi aktdır ki, o, hüquq pozuntuları törətmiş şəxsləri cəzalarından ya azad edir, ya da cəzalarını yüngülləşdirir. Yeni Amnistiya aktı 8 noyabr Zəfər Günü münasibəti ilə elan edilmişdir. Bu da Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin torpaqlarımızı azad etdiyi üçün qəbul edilmişdi”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, 8 noyabr - Zəfər Günə münasibətilə Amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarı, Amnistiyanın tətbiqi qaydaları var: "35 Amnistiya tətbiq edilərkən məhkumun şəxsi işi öyrənilməli və amnistiyanın tətbiqi məsələlərinin həlli üçün zəruri sənədlər amnistiyanın tətbiqi barədə qərara əlavə edilməlidir".

Fariz Əkbərov sözlərinə belə davam edib: “Eyni zamanda barəsində amnistiya tətbiq edilən şəxslərin razılığı alınmalıdır. Bu çox vacib məsələdir. Cinayətin törədilməsində təqsirli bilinən hər bir şəxsin təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə, bu barədə məhkəmənin qüvvəyə minmiş hökmü yoxdursa onun təqsirsiz sayılması nəzərdə tutulan hüquqi prinsipdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə