Biz xalqlararası dostluğu və beynəlxalq ticarəti artırmaq istəyirik - DEPUTAT ŞƏRH ETDİ

"Aşqabad görüşündə toplantıya yığılan ölkələr həm öz iqtisadi durumunu, həm də böyük yer tutan ticarət məsələsini inkişaf etdirmək üçün bir araya gəliblər. Hesab edirəm ki, bu çox uğurlu görüşdür. Həm möhtərəm cənab Prezidentin görüşləri, həm bir yerdə görüşlər bunlar hamısı onu göstərir ki, bu dövlətlər xüsusi çəkisi ilə istər iki qitədə, istərsə də dünyada çox müsbət formada inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, maraqlısı budur ki, nəqliyyat məsələləri ilə hamı maraqlanır: "Burada Xəzər dənizinin də rolu artır və birinci dəfədir ki, Türkmənistanla Azərbaycan arasında qaz borusu barəsində artıq müəyyən söhbətlər başlayır. Əhəmiyyəti ona görə çox böyükdür ki, əgər biz Türkmənistandan qazı Xəzər dənizinin dibi ilə birləşdirsək, artıq Avropaya ixrac olunan qazın həcmi də artacaq. Bundan bütün ölkələr udacaq".

Deputat sözlərinə belə davam edib: "Bu bir də onu göstərir ki, dünyada daha çox pozitiv fikirlər, yəni, pandemiya vaxtı biraz durğunluq var idi, dövlətlər hərə öz iqtisadiyyatını qorumaq, iqtisadiyyatdan da qabaq öz xalqlarını qorumaq üçün iqtisadi fəaliyyətlərini məhdudlaşdırmağa məcbur idilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə