"Prezidentə Ali Ordenin verilməsi onun böyük siyasətinin nəticəsidir" - DEPUTAT ŞƏRH ETDİ
“İlk növbədə qeyd etmək lazımdır ki, Ali Ordenin möhtərəm cənab Prezident İlham Əliyevə verilməsi onun son illərdə böyük siyasətinin nəticəsidir. Bu onun istər beynəlxalq, istər daxili, istər 44 günlük Vətən Müharibəsindəki zəfərimizin qiymətləndirilməsidir. Bütün azərbaycanlılar və bütün türk dünyası bununla fəxr edir. Biz möhtərəm cənab Prezidentimizə təşəkkür edirik ki, 30 illik problem həll olundu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, bu problemin həlli Azərbaycan xalqı və bütün türkdilli xalqlar üçün böyük bir zəfər və qələbədir: “Mənə elə gəlir ki, dünya bir daha müşahidə etdi ki, türk dünyası birlikdədir, öz liderlərinə qiymət verir və son 50 ildir ki, türk dünyasında belə birlik görülməyib”.
Deputat sözlərinə belə davam edib: “Qardaş ölkənin rəhbəri cənab Rəcəb Tayyip Ərdoğana təşəkkürümü bildirirəm ki, türk xalqı həmişə bizə dayaq olub. İnanıram ki, azərbaycanın istər dünya, istərsə də türk dünyası miqyasında xüsusi yeri var və bu yer aparıcı lider yeridir. Bu da bizim üçün böyük bir fəxrdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB