"VİP Azərbaycanda sosial bazaya malik partiya deyil" - DEPUTAT ŞƏRH ETDİ

“Vətəndaş və İnkişaf Partiyası Azərbaycanda elə də böyük bir nüfuza və sosial bazaya malik partiya deyil. Bu partiya əsasən, sədri Əli Əliyevlə tanınır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Əli Əliyevin son dövrdə radikallığı, cəmiyyəti qarşıdurmaya çağırışları, həmçinin qeyri-obyektivliyi hətta öz partiyası daxilində böyük narazılıq yaradır: “Həmin partiyanın sədr müavininin nəinki sədr müavinliyindən, hətta partiya üzvlüyündən istefa verməsi onu göstərir ki, təşkilatın üzvləri rəhbərlərinin radikallığı ilə razı deyillər, onun apardığı siyasəti özləri üçün məqbul hesab etmirlər”.

Deputat sözlərinə belə davam edib: “Yəni, bu gün Azərbaycan cəmiyyətinin konstruktivliyə, vətəndaş həmrəyliyinə, dövlətçiliyimizin möhkəmlənməsinə yönələn siyasətə böyük ehtiyacı var. Çox təəssüf ki, partiya sədri Əli Əliyev barəsində bunları demək olmur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə