"Ermənistan ağlını başına yığıb yola gəlsin” - HULUSİ KILIÇDAN REAKSİYA
“Ermənistan 44 günlük Vətən Müharibəsi zamanı uğradığı məğlubiyyət və ordusunun məhv olmasından yaxasını qurtara bilmədi. Bunun təsiri ilə də bir ildən artıqdır ki, terror hadisələri törətməyə davam edir. Onların bu fəaliyyətlərə davam etməsi barışa və sülhə hazır olmadığının işarəsidir. Təbii ki, bəzi güclər də Ermənistanı buna təşviq edir”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, Ermənistan bu mənfur oyunları ilə heç vaxt irəli gedə bilməz: “Ermənistanın edəcəyi ən ağıllı iş tez bir zamanda doğruları qəbul edib sülh masasına oturmasıdır. Ermənistanın erməni xalqının gələcəyini düşünməyi lazımdır. Əks halda əhali dağılacaq. 3,5 milyon olan Ermənistanın əhalisi, indi 2 milyondan azdır. Deməli, əgər bölgədə sülh olsa idi, erməni xalqı 7 milyon olardı. Ona görə də, onlar bu mənfur əməllərindən əl çəkməlidir”.
Səfir sözlərinə belə davam edib: “Ermənistanı idarə edən qüvvələr var. Ermənistan indiyə qədər müstəqil ola bilməyib. Ən kiçik bir hadisədə Rusiyanı axtarır. Bu necə dövlət idarə etməkdir? Anlaya bilmirəm”.
“Biz, sülh tərəfdarıyıq. Azərbaycan Prezidenti cənab Prezident İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da dəfələrlə çağırışlar edib. Yəni, biz qarışıq xalqlarla yaşaya bilərik. Həm Azərbaycanda, həm də Türkiyədə kökü erməni olan vətəndaşlar var. Buna görə də tezliklə sülh masasına otursunlar”.
“Erməni xalqı 44 günlük Vətən Müharibəsində məğlub olmasına rəğmən Paşinyanı seçdi. Bəs, niyə seçdilər? Çünki, erməni xalqı bilir ki, o torpaqlar onların deyil, Azərbaycanındır. Biz müsbət addımlar atmağa hazırıq. Təki, Ermənistan da ağlını başına yığıb yola gəlsin”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB