"Paşinyan Rusiyaya yalvararaq Ermənistanı ölüm ayağından qurtardı" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan 44 günlük Vətən müharibəsində düşmən ordusunu darmadağın edərək 10 noyabrda kapitulyasiya sənədini imzalatdırmaqla müharibənin bitdiyini elan etmişdir. Amma təəssüf ki, düşmən bir ildən sonra razılaşmanı pozaraq imzaladıqları üçtərəfli bəyanatı icra etmək əvəzinə yenidən təxribatlara əl atır. Yəni, 8 noyabrda Şuşa ətrafında təxribat-diversiya qrupunun göndərilməsi, Qaragöl ətrafında hərbi qüvvə yığaraq Azərbaycan hərbiçilərinin təminat yolunun bağlanmasına cəhdi, Daşaltı kəndində postumuza əl qumbarasının atılması, 14 noyabrda Laçın ətrafında təxribat cəhdi, müdafiə nazirini dəyişərək nəhayət 16 noyabrda əsasən Laçın və Kəlbəcər istiqamətlərində geniş miqyaslı hücuma keçərək yeni mövqelərin əldə edilməsinə cəhdi. Azərbaycanın müzəffər ordusu düşmənin hər bir təxribat cəhdinin qarşısı çox ciddi şəkildə alır". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, amma 16 noyabrda yeni arzular uğrunda başlamaq istədikləri müharibəyə cavabımız daha sərt şəkildə olmuşdur: "Paşinyan yenidən telefon arxasına keçir və Rusiya prezidentinə yalvarır və yenə də atəşkəsin saxlanılmasına və bütün şərtlərin icrasına razılığını bildirir. Bu səhnə ilk növbədə erməninin bir sözü olan etibarlı millət olmadığını nümayiş etdirir".

Deputat sözlərinə belə davam edib: "Zaman onu göstərdi ki, bu millətin başı üstündə başını qaldıran kimi vurmaq üçün daima dəmir yumruq dayanmalıdır. 16 noyabrda gedən döyüşlərdə də Prezident İlham Əliyevin Dəmir Yumruğunun yerində olduğunu bir daha nümayiş etdirdik".

"Xatırlamaq istəyirəm ki, bir il əvvəl üçtərəfli bəyanat haqqında jurnalistin sualına Rusiya prezidenti Vladimir Putin bu Ermənistan üçün intihara bərabər olacaqdır demişdi. Dünənki döyüşlər də Ermənistanı intihara yaxınlaşdırmışdı. Amma Paşinyan yenə də Rusiyaya yalvararaq Ermənistanı ölüm ayağından qurtardı. Düşünürəm ki, bundan sonra genişmiqyaslı hərbi əməliyyatlar baş verməyəcək. 16 noyabr hadisələri Paşinyana növbəti dərs oldu. Çox təəssüf ki, biz də 7 şəhid verdik. Allah şəhidlərimizə rəhmət eləsin, yaralanmış əsgərlərimizin tezliklə öz sağlamlıqlarına qovuşmasını arzulayıram. Əgər Ermənistandan yenidən revanşizmə cəhdlər olarsa bu dəfə heç bir yalvarışa baxılmayacaq. Azərbaycan ordusunun gücü qısa bir zamanda İrəvanda bayrağımızı dalğalandırmağa qadirdir. Ermənilər bir daha bunun şahidi oldular. Düşünürəm ki, yaxın günlərdə üçtərəfli bəyanatın icra olunmamış bəndlərinin icrası, sərhədlərin demarkasiya və delimitasiya olunması və sülh müqaviləsinin imzalanması məsələləri ətrafında işlər daha da intensivləşəcəkdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə