"Azərbaycan o zamanlar mürəkkəb bir situasiya ilə üz-üzə qalmışdı" - DEPUTAT ŞƏRH ETDİ
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu partiya ümumxalq partiyasıdır. Bu partiyada cəmiyyətin bütün təbəqələri iştirak edir və YAP həm də hər zaman islahatlara açıq olan partiyadır". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya Onun öz sözlərində dediyi kimi "Dünənin, bu günün və gələcəyin partiyasıdır": "Bu partiya 1992-ci il 21 noyabr tarixində yaradılıb. Bu çox mürəkkəb bir şəraitdə yaranmış bir partiyadır və Ulu Öndər Heydər Əliyevə Azərbaycan cəmiyyətinin sifarişi idi ki, o bu partiyanı yaratsın. Çünki bu partiya yaradılmadan Azərbaycanın gələcəyi və Azərbaycanın çox ciddi siyasi-iqtisadi təfərrüatlardan çıxış yolu yox idi. Məşhur 91-lərin müraciəti əsasında Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına, ona rəhbərlik etməsinə razı oldu. Amma o zamankı hakimiyyət imkan vermədilər ki, hətta Yeni Azərbaycan Partiyasının Təsis Qurultayı Bakı şəhərində keçirilsin. Bu qurultay Naxçıvanda Cəlil Məmmədquluzadənin binasında keçirildi və 550 nəfərə qədər insan bu qurultaya qatılmışdı. Bu qurultay baş tutdu və 1992-ci ildə Azərbaycanın siyasi sisteminin əsasını təşkil edən Yeni Azərbaycan Partiyası yarandı və bu partiyaya Ulu Öndər Heydər Əliyev rəhbərlik etdi. Ulu Öndərin yaratdığı partiya həm də böyük bir siyasi mədəniyyət nümayiş etdirdi, hakimiyyətə gəlişinin düsturunu göstərdi".
Deputat sözlərinə belə davam edib: "Hakimiyyətə gəliş zəbt yolu ilə deyil, zor yolu ilə, güc tətbiqi ilə deyil, hakimiyyətə gəliş xalqın etimadını qazanmaq yolu ilədir. Yeni Azərbaycan Partiyasının yaranmasından altı ay keçməmiş artıq Prezident seçkilərində xalqın böyük etimadını qazanan Yeni Azərbaycan Partiyasının rəhbəri Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinə rəhbərlik etməyə başladı. Həmin vaxtdan da Azərbaycanın əsl, real müstəqillik dövrü başlandı və Azərbaycan o zamanlar uzun mürəkkəb bir situasiya ilə üz-üzə qalmışdı, həm daxildə hakimiyyət uğrunda mübarizə, torpaqlarımızın işğal altına düşməsi, bir yandan ölkənin cənubunda qondarma Talış Muğan respublikası, ölkədə vətəndaş müharibəsi labüdlüyü bütün bunlar hamısının fonunda Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlmişdir və sadalanan problemlərin həlli istiqamətində misli-bərabəri görülməyən addımlar atdı. 1996-cı ildən başlayaraq Azərbaycan iqtisadiyyatı artıq öz reysinə düşməyə başladı bərpa prosesi yüksəldi. 1993-2003-cü il Azərbaycanda sabitlik inkişaf dövrü kimi tarixə düşdü".
"2003-cü ildə isə Azərbaycanın Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davamçısı cənab İlham Əliyev rəhbərlik edir və Prezident İlham Əliyevin 18 illik prezidentliyi dövründə Azərbaycan bu gün dünya dövlətləri arasında özünün iqtisadi gücü və potensialı ilə seçilir. Ən başlıcası müstəqil iqtisadiyyatımız formalaşıb. Bu çox önəmlidir və bu da müstəqil siyasətimizi müəyyən edir. Cənab Prezidentin 18 illik prezidentliyi dövrünün hesab edirəm ki, ən böyük hadisəsi bu tarixi hadisədir, bu unikal hadisədir. Bu əsrlərə bərabər hadisədir. Torpaqlarımızı işğaldan azad etməsi Onun rəhbərliyi altında, müzəffər rəhbərliyi altında şanlı ordumuzun torpaqları işğaldan azad etməsidir, ərazi bütövlüyümüzü bərpa etməsidir və erməni faşizminin başını əzməsidir".
"Bu gün də cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş torpaqlarımızın bərpası və yenidənqurma siyasəti uğurla həyata keçirilir xalq bu siyasəti dəstəkləyir və Azərbaycanın Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yolla gedərək hələ daha böyük tarixi nailiyyətlərə imza atacağına heç kəsin şübhəsi yoxdur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB