“Epidemioloji bütün tədbirlərin aparılması məcburidir” - NAZİR MÜAVİNİ

“Bilirsiniz ki, bu viruslar daima mutasiyaya uğrayır. “Delta”, “delta plus” kimi müxtəlif ştamları aşkarlanır və bunun üçün bütün ölkədə xüsusi genetik analizlər aparılıb. Bu daimi prosesdir”. Bu sözləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 8-ci Qlobal Bakı Forumunda SİA-ya açıqlamasında Səhiyyə Nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.

Onun sözlərinə görə, bundan qorxmaq lazım deyil: “Sadəcə biz hazırlıqlı olmalıyıq və anlamalıyıq ki, bu xəstəlik hələ bitməyib. Yəni, özümüzü arxayın salmaq lazım deyil. Sosial məsafə, maska taxmaq davam etdirilməlidir”.

O, sözlərinə belə davam edib: “Mən, xüsusilə qeyd edirəm ki, vaksinasiya öz yerində, onunla bərabər olaraq infeksiyanın lokallaşdırılması epidemioloji bütün tədbirlərin aparılması məcburidir. Yalnız bu hər iki istiqamətdə aparılan tədbirlər bizə effekt verə bilir. Özünüz görürsünüz ki, cəmiyyətdə xəstə sayı azalanda, xəstəxanalara qəbul azalanda insanlar özlərini arxayın aparmağa başlayırlar, adicə maska rejiminə riayət etmirlər və beləliklə yavaş-yavaş xəstəlik inkişaf etməyə başlayır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə