"Artıq 8-ci Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun başlaması regionda yaranmış olan yeni vəziyyət üçün olduqca aktualdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, Bakı Forumuna qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulub: "Panellər formasında təşkil olunan iclaslar çərçivəsində COVID-19-dan sonra yaranan yeni dünya nizamı haqqında geniş müzakirələr aparılacaq. Qlobal Bakı Forumu artıq ənənə halı alıb və onun həm iştirakçılarının, həm də gündəliyindəki məsələlərin sayı və tərkibi ilbəil dəyişir".
Deputat sözlərinə belə davam edib: "Ölkəmiz bir sıra mühüm strateji layihələrin təşəbbüskarı, icraçısı və söz sahibidir. Qlobal Bakı Forumunda beynəlxalq maliyyə, iqtisadi və reytinq qurumlarının, həmçinin iri və məşhur şirkət, bank nümayəndələri, siyasi elita təmsilçiləri ilə görüşlər keçirilir ki, Azərbaycanda görülən işlər, mövcud iqtisadi durum nəzərə çatdırılır, əməkdaşlıq imkanları, istiqamətləri və perspektivləri müzakirə və müəyyən edilir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB