"Forum Azərbaycan həqiqətlərinin tanıdılması baxımından önəmlidir" - DEPUTAT ŞƏRH ETDİ
"Qlobal Bakı Forumu artıq regionun aparıcı beynəlxalq tədbirlərindən birinə çevrilməkdədir. Forum bu gün regionda kifayət qədər çoxlu sayda qlobal olaraq tanınmış həm dövlət, həm də keçmiş dövlət xadimlərini, siyasətçilərini, beyin mərkəzləri və ictimaiyyətin tanınmış nümayəndələrini bir araya yığan qlobal forumdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, təbii ki, bu forumun mütəmadi olaraq Azərbaycanda, Bakıda təşkil edilməsi Azərbaycanın imkanlarını, potensialını göstərməklə yanaşı Azərbaycan həqiqətlərinin təqdim edilməsi baxımından vacib hesab olunur: "Çünki, foruma gələn, forumda iştirak edən şəxslər qlobal arenada xüsusi statusa malik olan şəxslərdir. Təbii ki, onların fikirləri öz ölkələrində qəbul edilir və proseslərə təsir etmək imkanına malikdir və bu həm də Azərbaycan həqiqətlərinin təqdim olunması baxımından vacibdir. Xüsusən də Azərbaycanın əldə etdiyi zəfərdən sonra regionda yeni düzən formalaşıb".
"Bu düzən kontekstində də belə forumların təşkil edilməsi Azərbaycanın mövqeyi, Azərbaycanın xalq işi ilə bağlı fikirlərinin qlobal səviyyədə təqdim olunması üçün olduqca vacibdir. Bu baxımdan Qlobal Forum Azərbaycan həqiqətlərinin tanıdılması və Azərbaycanın mövcud potensialına strateji mövqeyinin təqdim edilməsi baxımından önəmlidir"
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB