“Səfərlərdə bölgə ilə bağlı gələcək planlar açıqlanır” - POLİTOLOQ ŞƏRH ETDİ

“20 oktyabr tarixində Zəngilanın işğaldan azad edilməsinin ildönümü idi. Cənab Prezident Füzuli səfərindən sonra bu dəfə də Zəngilana səfər etdi. O, xanımı ilə birlikdə bir sıra müəssisələrin təməlqoyulma mərasimlərində iştirak etdi və bu bölgə ilə bağlı gələcək planlar açıqlandı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, 20 oktyabr zəngilanlılar üçün “Zəfər Günü” tarixidir: “Bu ilin sonu və gələn ilin əvvəllərində Zəngilan Qafqazda ilk dəfə tam müasir standartlara və müasir idarəçiliyə cavab verən bir yer olacaq. Rayonun əhalisinin köçürülməsi prosesinə start veriləcək ki, bununla da “Böyük Qayıdış”ın təməlini qoymuş olacağıq”.

Politoloq sözlərinə belə davam edib: “Hər kəsə məlumdur ki, 10 noyabr bəyanatından sonra cənab Prezident və birinci xanım daima işğaldan azad edilmiş ərazilərə səfər edirdilər. Bu səfərlərdəki məqsədlərdən biri də, cənab Prezidentin bölgədəki yenidənqurma, təmir, bərpa işləri ilə bilavasitə tanış olması və bütün bu proseslərə rəhbərlik etməsidir”.

“Məlum məsələdir ki, tezliklə Qarabağın qapısı sayılan Füzulidə hava limanının açılışı da baş tutacaq. Bu əsas perspektivdir. Azərbaycan gələcəkdə bu bölgənin hərbi və iqtisadi baxımdan güclənməsini özü üçün əsas hədəflərdən biri hesab edir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə