“Türkiyənin çətin günlərdə yanımızda olması bizə güc verir" - DEPUTAT ŞƏRH ETDİ

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 26 oktyabrda Azərbaycana səfəri gözlənilir. "Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir". Türkiyə Azərbaycanın çətin günündə də, yaxşı günündə də həmişə yanındadır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Türkiyənin Azərbaycanın çətin günlərində yanında olması bizə güc verir və işlərimizi daha inamla icra etməyimizə ruhlandırır: “Düşünürəm ki, Türkiyə Prezidentinin ölkəmizə səfəri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının açılışı ola bilər. Həm də Şuşada bir yerdə regionumuzun gələcəyinə olan baxışlarımız haqqında birgə mesajlar verilə bilər”.

Deputat sözlərinə belə davam edib: “Ümumiyyətlə qeyd edə bilərəm ki, Türkiyənin hər zaman yanımızda olması yarımçıq qalmış məsələlərin həllini, o cümlədən regiona sülhün və əməkdaşlığın gəlməsini sürətləndirə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...