"Ermənilərin dağıtdığı yerlər gülüstana çevriləcək" - DEPUTAT ŞƏRH ETDİ

"Təbii ki, Prezidentin işğaldan azad olunmuş rayonlara tez-tez səfər etməsi, Baş planı təsdiq etməsi, orada özüllər qoyması, yeni məktəblərin tikilməsi, infrastruktur layihələrinin yerinə yetirməsi ilə bağlı büdcə ayırması, açılışlar etməsi və digər tədbirləri həyata keçirməsi ondan xəbər verir ki, bizim qaçqın və məcburi köçkünlərimizin Qarabağa qayıdışı yaxın illər ərzində reallaşacaq və bir neçə il ərzində demək olar ki, əksər qaçqın və məcburi köçkünlər Qarabağa qayıdacaq". Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, ermənilərin dağıtdığı yerlər bir gülüstana çevriləcək: "Prezidentin səfərləri bu mesajları verir. Bir mesaj da ondan ibarətdir ki, Qarabağ Azərbaycandır. Ermənilər Qarabağı dağıtmışdı amma cənab Prezident və müzəffər ordumuz torpaqlarımızı geri qaytardı".

Deputat sözlərinə belə davam edib: "Bu gün Azərbaycan dövləti orada abadlıq işləri həyata keçirir. Prezident hər gün ora gedir və açılışlar edir. Ermənilər 30 il ərzində daşı-daş üstə qoymayıb və bilirdilər ki, həmin torpaqlar onların deyil. Əgər torpaqların onların olduğuna inansaydılar həmin əraziləri dağıtmaq əvəzinə abadlıq işləri aparardılar. Hətta onlar deyirlər ki, "Şuşa bizimdir". Amma orada heç bir tikili tikməyiblər əksinə oranı xarabaya çeviriblər. Onların qondarma prezidentləri işğal altında olan torpaqlarımıza, Qarabağa gedərkən ancaq səngər qazanlara tamaşa edib, minalar basdırıb və ən alçaq işlərlə məşğul olublar. Amma bu gün Azərbaycanın rəhbərliyi, bütün Azərbaycan cəmiyyəti Qarabağa qayıdış üçün çalışır və tikintilər həyata keçirirlər. Bax, bu verilən mesajlar dünya ölkələrinə göstərir ki, Qarabağ Azərbaycandır və onlar da birmənalı olaraq Azərbaycanla Ermənistan arasında sülh müaqviləsinin bağlanmasına çalışmalıdır. Ermənistanı da Azərbaycanın ərazi bütövlüyünü tanımağa vadar etməlidirlər".

Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...