"Xudafərin körpüsü böyük əhəmiyyətə malik tarixi abidədir" - MÖVQE BİLDİRİLDİ

"Xudafərin körpüsünün 27 il işğalına son qoyulmasının bir ili tamam olur. Xudafərin körpüsü dövlətimiz, xalqımız və mədəniyyətimiz üçün böyük əhəmiyyətə malik tarixi abidədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, bu körpü özünün mövcudluq tarixində çoxlu müharibələr görmüş, Arazın sağ və sol sahilində yaşayan insanları qovuşduran əsas kommunikasiya funksiyasını həyata keçirmişdir: "Bu gün isə Xudafərin körpüsünün azad edilməsi azərbaycanlıların qədim tarixliyini özündə ehtiva edən tarixi bir abidənin düşmən əsirliyindən azad olunması deməkdir".

Deputat sözlərinə belə davam edib: "Bununla yanaşı, Xudafərin körpüsünün azad olunması İranla olan 130 kilometrlik dövlət sərhəddinin bərpası demək idi. Beləliklə, Xudafərin körpüsünün işğaldan azad olunması ilə Azərbaycanın qonşuları ilə sərhədlərinin bərpasında əhəmiyyətli rola malik olduğunu qeyd etmək olar. Xudafərin körpüsünün azad olunmasının iqtisadi əhəmiyyəti çox böyükdür. Burada Xudafərin su anbarının və Araz çayı üzərində tikilən su elektrik stansiyasının verəcəyi töhfələrini xüsusilə qeyd olunmalıdır. Xudafərin su anbarı kənd təsərüfatının inkişafında melorasiya işlərinin həyata keçirilməsi üçün müstəsna əhəmiyyəti olacaqdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə