“Regionda heç bir qüvvə Azərbaycanı nəzərə almadan addım ata bilməz” - AÇIQLAMA

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Tərtər və Bərdəyə ardıncada işğaldan azad olduğu gün Cəbrayıla səfəri zamanı səsləndirdiyi fikirlər Azərbaycan xalqı və region xalqları üçün xüsusilə də Ermənistan cəmiyyətində diqqətlə izlənilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Tərtər rayonuna səfəri zamanı səsləndirdiyi fikirlər region xalqlarına və Ermənistan cəmiyyətindəki revanşist düşüncəli insanlara ünvanladığı mesajlar erməni sosial şəbəkələrində və mətbuatında geniş müzakirə edilir. Hesab edirəm ki, Prezidentin səsləndirdiyi fikirlərlə məhz ünvana çox dəqiq mesajlarını və fikirlərini ötürmüş oldu. Azərbaycan Prezidenti açıq şəkildə bəyan etdi ki, Azərbaycan ordusu və əsgəri böyük qəhrəmanlıq nümayiş etdirərək Ermənistan ordusunun 30 il ərzində möhkəmləndiyi və bir necə xətt üzrə istehkamlar qurduğu yerləri çox qısa zaman kəsiyində və qətiyyərlə azad etdi". Bu sözləri SİA-ya açıqlamasında Anar Əliyev deyib.

Onun sözlərinə görə, bu, Azərbaycan Ordusunun və əsgərinin gücünü vətən və torpaq uğrunda gözünü qırpmadan ölümə getməyə hazır olduğunu göstərir: "Azərbaycan prezidenti həm də onu çatdırmaq istədi ki, torpaqlarımızın bütövlüyü və sərhədlərimizin toxunulmazlığı uğrunda Azərbaycan əsgəri bundan sonra da istənilən təhdidə qarşı və həmin təhdidi səsləndirəcək qüvvələrə qarşı eyni qətiyyəti və eyni gücü göstərmək iqtidarındadır. Azərbaycan Prezidenti bildirdi ki, "dəmir yumruq" yerindədir. Ermənistanda kimsə hanısısa qüvvələrin təhriki ilə revanşist düşüncələrə və Azərbaycanın ərazilərinə hər hansı bir iddia ilə çıxış edərlərsə və ya hər hansı hərəkətlilik nümayiş olunarsa, Azərbaycan çəkinmədən heç nəyi düşünmədən beynəlxalq hüquq normalarına əsaslanaraq dövlətimizə verilmiş hüquqları əsas tutaraq həmin qüvvələrin başını əzəcək və erməni faşizmini bir daha dircəlməyə imkan verməyəcəkdir. Eyni zamanda Azərbaycan Prezidenti Ermənistanın keçmiş prezidenti cinayətkar Serj Sarkisyan qarşı da fikirlərini bildirdi. Qeyd olundu ki, Serj Sarkisyan Ermənistanın bugünki vəziyyətə düşməsinin əsas günahkarlarından biridir. Eyni zamanda Azərbaycanın torpaqlarının işğal altında saxlanması dövründə bütün evlərin, tarixi, mədəni, dini abidələrimizin dağıdılmasında birbaşa iştirak etmiş bir cinayətkardır. Eyni zamanda Ermənistan üzərindən regionda oyunlar qurmaq istəyən, Azərbaycanın yaratdığı reallığı dəyişib yeni proseslər başlatmağı və bu proseslər fonunda da regiona daxil olmağı arzulayan qüvvələrə açıq şəkildə mesajını göndərdi. Heç kim Azərbaycanın maraqlarını nəzərə almadan regionda stabilliyi pozmağa və regionda erməni faşizminin dircəldilməsinə xidmət edəcək addımlar atmağa çürət edə bilməz. Azərbaycan kimliyindən aslı olmayaraq bu oyunların qarşısını alacaq. Heç bir qüvvə Azərbaycan maraqlarını nəzərə almadan regiona daxil olub hər hansı bir addım ata bilməz".

Politoloq əlavə edib ki, Azərbaycan Prezidenti Cəbrayıla səfəri zamanı eyni zamanda Araz vadisi iqtisadi zonasının yaradılmasını və iqtisadi məhlənin təməlqoyulması prosesini həyata keçirdi: "Cəbrayıl ictimaiyyəti ilə keçirdiyi görüşdə Rusiya və Türkiyənin timsalında digər qonuşu dövlətləri də iqtisadi layihələrdə birgə iştiraka dəvət etdi. Azərbaycan Prezidenti bildirdi ki, biz bundan sonra Qafqazda sülh, barış proseslərini başlatmalı regionu barış bölgəsinə çevirməliyik. Bu istiqamətdə Türkiyə tərəfindən irəli sürülən və Azərbaycan dövləti tərəfindəndə böyük dəstək qazanmış altılıq platforması ilə bağlı bəzi dövlətlərin əks fikirlərdə olduğunu da qeyd etdi. Əgər digər dövlətlər altılıq platformasında maraqlı deyillərsə, Türkiyə, Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə dördlü platforma yaradılacaq. Bu platforma regiona stabillik gətirəcək. Rusiya və Türkiyənin anlaşması bölgəmizə stabillik gətirib. İqtisadi layihələrin keçirilməsinə müəyyən təkan olub".

Anar Əliyev sonda qeyd edib ki, Azərbaycan Prezidenti regionun gələcəyi ilə bağlı baxışlarını da səsləndirdi: "Prezident bildirdi ki, artıq heç kim müharibədən əvvəlki şəraitin yaradılmasına ümid etməsin. Tam yeni bir stuasiya, yeni bir mərhələ başlanıb. Bu mərhələnin idarəedicisi məhz Azərbaycandır. Azərbaycan proseslərə adekvat münasibət bildirən qonşularının dəstəyi ilə yeni bir münasibətlər və iqtisadi əlaqələr quracaq. Qarabağ bölgəsində böyük quruculuq işləri başlanılıbdır. Çox yaxşı olar ki, bölgə dövlətləri bu layihələrdə iştirakçı olsunlar. Eyni zamanda Ermənistan yeni xülyalara, yeni xəyallara qapılmasın, yeni reallıqları dərk edərək Azərbaycanla böyük sülh razılaşmasına gedib, qarşılıqlı əməkdaşlığa başlasınlar".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə