"Fransa tərəfindən müəyyən müsbət siqnallar daxil olub" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Ölkə Prezidenti cənab İlham Əliyev, Fransanın “France-24” televiziya kanalına müsahibə verib. Bu dəfə də müsahibədə bir çox vacib məqamlara toxunulub və eyni zamanda jurnalistin bəzi hallarda təxribat dolu qərəzli, ittihamlı suallar verdiyini bir daha açıq şəkildə görsənirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Prezident cənab İlham Əliyev bütün sualları konkret, faktlara söykənmiş və diplomatik məharət nümayiş etdirərək cavablandırdı: ““France-24” kanalının bir sualı da məhz Fransanın mövqeyi ilə bağlı idi ki, Fransanın istər Vətən müharibəsi ərəfəsində, sonrakı mərhələdə və bu yaxınlarda da Ermənistanla sərhəddən geri çəkilməyi ilə bağlı bir çağırışı var idi”.

Deputat sözlərinə belə davam edib: “Ümumilikdə, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi dürüst vasitəçi olub-olmaması ilə bağlı sual ünvanladı. Əlbəttə ki, biz, Fransanın 44 günlük Vətən müharibəsində birmənalı olaraq ermənipərəst mövqedən çıxış etdiyini, Ermənistana siyasi mənəvi və digər dəstək göstərməsi və bununla da Azərbaycana təzyiq göstərmək cəhdlərini açıq şəkildə görürdük. Vətən müharibəsi bitəndən dərhal sonra Fransada parlament səviyyəsində qərəzli bir qətnamənin qəbul olunması Azərbaycana qarşı, o cümlədən bu yaxınlarda sərhədlərin delimitasiya və demarkasiya işlərində də gördük ki, Fransa ermənipərəst mövqedən çıxış edir və Ermənistanın yalan makinası üzərində qurulmuş tezislərlə guya ki, Azərbaycan Ermənistan ərazilərinə daxil olub, yəni, Azərbaycana qarşı belə qərəzli mövqedən çıxış etmələri və bununla bağlı çağırış etməsi, digər tərəfdən məhz Fransada bəzi siyasi dairələrin qərəzli mövqedən çıxış etməsi xüsusən son bir ildə açıq şəkildə görsənirdi. Bütün bunlara açıq şəkildə cavab olaraq cənab Prezident də bildirdi ki, bəli belə hallar var. Amma daha sonra Fransa tərəfindən müəyyən müsbət siqnallar daxil olub və biz bütün ölkələrdən ümumilikdə qarşılıqlı əməkdaşlıq sülh üzərində qurulmuş münasibətlərlə çağırışlar edirik və bunun tərəfdarıyıq. Amma Minsk qrupunun həmsədri kimi əlbəttə ki, bütövlükdə dürüst bir mövqe nümayiş etdirmədilər. Fransa əlbəttə ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi ona verilən mandata uyğun olaraq bitərəf mövqe nümayiş etdirməli olduğu halda açıq şəkildə ermənipərəst mövqedən çıxış edərək bildirdi və bu vətən müharibəsində də açıq şəkildə görsənirdi”.

"Əlbəttə daha sonra Fransa tərəfindən müsbət siqnalların daxil olması çox yaxşı haldır. Bu eyni zamanda iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə xidmət edə bilər. Amma qərəzli mövqedən çıxış etmək əlbəttə ki, bu birmənalı olaraq Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi qətiyyən yolverilməz bir haldır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə