Milli birlik və ümumxalq ehtiramının təcəssümü - DEPUTAT ŞƏRH ETDİ

"2020-ci ilin sentyabrın 27-də Ermənistan Respublikasının ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki vətəndaşlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik göstərərək, düşmənə sarsıdıcı zərbələr endirərək müharibənin ilk günündən təşəbbüsü ələ alaraq bir dəfə də olsun geriyə çəkilmədən ancaq irəliyə doğru getmişlər. Azərbaycan hər bir zaman mübariz oğul və qızlarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirələrini uca tutulur. Vətən müharibəsində rəşadətlə döyüşmüş, ölkəmizin ərazi bütövlüyüyü uğrunda canlarını qurban vermiş əsgər və zabitlərimizə bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentiyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması qərara alınmışdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Rauf Əliyev deyib.

Onun sözlərinə görə, 27 sentyabr 2021-ci il tarixində Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itgin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Anım Gününə həsr olunmuş yürüş təşkil edilmişdir: "Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Bakı şəhərində inşa olunacaq Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlqoyma mərasimi keçirilmişdir. Təməlqoyma mərasimindən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dənizkənarı bulvar ərazisində qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər".

Deputat sözlərinə belə davam edib: "27 sentyabr tarixində Respublikamızın bütün bölgələrində Vətən müharibəsi şəhidlərinin əziz xatirələrinin yad olunmasına həsr olunmuş tədbirlər keçirilmişdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi bu ümumrespublika, ümxalq tədbiri Azərbaycanda milli birlik və ümumxalq ehtiramın təcəssümüdür və 27 Sentyabr - Anım Günü Azərbaycanın bu günü üçün, gələcəyi üçün şox böyük əhəmiyyətə malikdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə