“Texnofest-2021” festivalının əhəmiyyəti nədən ibarətdir? - HƏRBİ EKSPERT AÇIQLADI

“Türkiyədə keçirilən "Teknofest-2021" festivalına Azərbaycan hərbi hava qüvvələrinin dəvəti Azərbaycan Türkiyə arasında olan dostluğu, qardaşlığı təsdiq edən bir dəvətdir. Azərbaycanın hərbi hava qüvvələri qısa bir zamanda böyük inkişaf yolu keçmiş və son zamanlarda bu Vətən müharibəsində özünü göstərmişdi. Hətta Türkiyədə 58 nişanlı bir təyyarə də bu hərbi təlimlərdə iştirak edirdi və hətta iki qardaş ölkənin nazirləri də o təyyarə ilə tanış olmuşdular. Yəni, artıq 44 gün ərzində 58 nişan və döyüş uçuşları, tapşırıqları və hədəfləri ilə bağlı olan məlumat Azərbaycan hərbi hava qüvvələrində xidmət edən pilotların peşəkarlığı haqqında danışıq göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Azərbaycan pilotlarının Türkiyə pilotları ilə birgə təlimlərdə iştirakı ənənəvi haldır: “Artıq Azərbaycan hərbi hava qüvvələrinin pilotları Türkiyədə keçirilən həm hərbi hava qüvvələrinə aid olan təlimlərdə, həm də ki, digər təlimlərdə iştirakçıdırlar. Türkiyənin də pilotları Azərbaycanda təlimlərdə iştirak edirlər. Belə bir texniki festivalda da Azərbaycan hərbi hava qüvvələrinin nümayəndələrinin dəvəti Azərbaycan pilotlarının professionallığının göstəricisidir”.

“Bilirsiniz ki, orada iki təyyarə, Azərbaycan pilotları Türkiyə pilotları ilə birgə nümunəvi uçuş aparacaqlar. İki qardaş ölkənin bir festivalda nümunəvi uçuş göstərməsinə mənə elə gəlir ki, bizim dostlarımız sevinəcək və alqışlayacaqlar. Düşmənlərimizə isə bu bir mesajdır ki, artıq Azərbaycan və Türkiyə birliyi bu qədər inkişaf edib və birgə fəaliyyət göstərirlər”.

“Mən düşünürəm ki, bu həm də dostluğumuzun və qardaşlığımızın daha da möhkəm olmasını və əlbəttə Türkiyə şahinləri, pilotları ilə birgə nümayiş uçuşu aparmaq üçün yüksək pilotaja malik olan xüsusiyyətlərə malik olmalıdırlar. Düşünürəm ki, bizim pilotlar məhz bu tələblərə cavab verdiyi üçün həm hörmət, həm qardaşlıq, həmrəylik, həm də ki, professional bir pilotlar kimi dəvət ediliblər. Ona görə də bu bir daha Azərbaycanın pilotları bu gün peşəkarlığın, inkişafın göstəricisidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə