"Ticarət dövriyyəsində kəskin artımlar əldə olunacaq" - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan-Serbiya əlaqələri özünün inkişaf dövrünü yaşayır. Bu əlaqələr dövlət başçıları arasındakı dostluq münasibətləri üzərində formalaşaraq strateji əməkdaşlıq, beynəlxalq təşkilatlarda əməkdaşlıq, təhlükəsizlik və humanitar sahələri üzrə inkişaf etməkdədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Serbiya bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edirlər: "İqtisadi əməkdaşlığın genişləndirilməsi, ölkələrimizarası ticarət dövriyyəsinin artırılması perspektivdə dövlətlərimiz qarşısında dayanmış əsas məsələlərdəndir. Bu məqsədlə Hökumətlərarası Komissiya yaradılaraq öz işini davam etdirir, biznes forumları keçirərək investorlara investisiyaların yatırılması üçün mövcud iqtisadi potensiallar təqdim olunur".
Deputat sözlərinə belə davam edib: "Düşünürəm ki, yaxın gələcəkdə ölkələrimizarası ticarət dövriyyəsində kəskin artımlar əldə olunacaqdır. Azərbaycan və Serbiya dövlətləri əməkdaşlıqda maraqlıdır və dostluğa sadiqdirlər. Ona görə də düşünürəm ki, dövlətlərimizarası əməkdaşlıq gələcəkdə daha da möhkəmlənəcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB