YAP-dakı dəyişikliklər və yeni islahatlar nə vəd edir? - DEPUTAT AÇIQLADI

“Sosial islahatlar son illər daha sürətlə aparılır. Həmçinin iqtisadi islahatlar da müəyyən sferada öz təsirini göstərməkdədir. Xüsusən də, nəzərə alsaq ki, pandemiya dövründə Azərbaycan artıq ilin birinci yarısında iqtisadi artım tempini bərpa etdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, eyni zamanda, 8 ayın yekunları göstərir ki, Azərbaycan iqtisadiyyatında 3,6 faiz artım qeydə alınıb: “Bu da təbii ki, Azərbaycanda aparılan islahatların nəticəsi kimi qiymətləndirilməlidir. Xüsusən də, qeyri-neft sektorunda proqnozlaşdırılandan daha çox, qeyri-neft sənayesində ikirəqəmli artımın olması birbaşa iqtisadi islahatların təsiri kimi qiymətləndirilir”.

Deputat sözlərinə belə davam edib: “Eyni zamanda, həm siyasi arenada Yeni Azərbaycan Partiyasında yeni gənc kadrların təyin olunması ilə bağlı islahatların genişlənməsini müşahidə edirik. Təbii ki, YAP iqtidar partiyasıdır. Bu baxımdan sözügedən partiyada aparılan islahatlar həm də idarəetməyə və bütövlükdə siyasi dioloqa, ölkədə aparılan islahatlara pozitiv təsir göstərir. Bu konteksdə YAP-ın islahatlar konteksində aparılan islahatlar növbəti dövrlər üçün daha nikbin proqnozların verilməsinə imkan yaradır. Bu baxımdan gözlənti də ondan ibarətdir ki, 2021-ci ilin sonunda Azərbaycanın iqtisadi artım tempi 4 faizə yaxınlaşacaq. Bu da pandemiya dövrü üçün kifayət qədər yüksək iqtisadi artım kimi xarakterizə olunur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə