“Münasibətlərimizi daha da möhkəmləndiririk” - DEPUTAT AÇIQLADI

”Azərbaycan ilə Tacikistan arasında kənd təsərrüfatı, biznes sahəsində əməkdaşlıq yüksək səviyyədə inkişaf edib. Tacikistan ilə ölkəmiz arasında iqtisadiyyatın bütün sahələrində, həmçinin aqrar sektorda da əlaqələr yeni müstəvidədir. Bildirim ki, ölkələrimiz arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin dövlət başçılarının dostluğu əlaqələrin inkişafında böyük rol oynayır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşviq Cəfərov deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində birgə müəssisələrin yaradılması layihələri üzərində mühüm iş aparılıb: “Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələr uğurla inkişaf edib. Azərbaycan-Tacikistan əməkdaşlığının genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər mühüm əhəmiyyət daşıyır”.

Deputat sözlərinə belə davam edib: “Tacik iş adamları azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlıdırlar. Azərbaycan və Tacikistanın kənd təsərrüfatının müvafiq sahələrində ixtisaslaşmış biznes strukturları tərəfindən təqdimatlar edilib, hər iki ölkə istehsalçılarının məhsullarından ibarət sərgi təşkil olunub, ikitərəfli görüşlər keçirilib.
Ölkə başçısı Tacikistana rəsmi səfərlər edib, eləcə də Tacikistan prezidentinin də Azərbaycana dəfələrlə rəsmi səfəri baş tutub. Bu, özlüyündə ölkələrimiz arasında münasibətlərin səviyyəsinin göstəricisidir.
Ölkələrimizi qədim tarixi əlaqələr bağlayır, xalqlarımız həmişə dost olub, bir-birini dəstəkləyib. Tacikistanda Nizami Gəncəvinin yaradıcılığına böyük hörmətlə, diqqətlə yanaşılıb. Bu, Azərbaycanda çox yüksək qiymətləndirilir. Bizi mədəniyyətimizin ümumiliyi, müştərək sivilizasiya, ortaq tarix birləşdirir”.

Siyasi sahədə də bizim münasibətlərimiz yüksək səviyyədədir. Hər iki ölkə beynəlxalq təşkilatlarda da bir-birini dəstək olur. Tacikstan və Azərbaycan bir sıra beynəlxalq və regional təşkilatların üzvləridir, hər yerdə - həm BMT-də, həm ATƏT-də, həm İslam Əməkdaşlıq Təşkilatında və digər təşkilatlarda bir-birini dəstəkləyir, bir-birinin təşəbbüslərinə səs verir. Beləliklə, münasibətlərimizi daha da möhkəmləndiririk.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə