"Rusiya sülhməramlılarının yeni komandanı..." - DEPUTAT AÇIQLADI

"Rusiya ilk dəfə idi ki, tək şəkildə hansısa ölkədə sülhməramlı qüvvələrlə təmsil olunurdu. Ona görə də general Rüstəm Usubovun komandanlığını məhz Rusiyanın ilk təcrübəsinin rəhbəri kimi qiymətləndirmək olar". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, ondan sonra təyin olunan rəhbər 10 noyabr 2020-ci il sazişini Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması və Azərbaycanın öz suveren hüquqlarını bütün ərazisində təmin edilməsi faktı kimi qəbul etməlidir. Ümid edirəm ki, Rusiya sülhməramlılarının yeni komandanı bu faktorları nəzərə alacaq və Azərbaycan rəhbərliyi ilə çox sıx işləyəcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə