"Qarşılıqlı aktiv münasibətlərin yaradılması gözlənilir" - HƏRBİ EKSPERT DANIŞDI

"Azərbaycan, Rusiya, İran və Qazaxstan bir sıra maraqlara dayanaraq Xəzər dənizində təlim keçirəcək". Bu sözləri SİA-ya açıqlamasında Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, burada məqsəd ərazi sularının qorunması, qonşu dövlətlərlə əlaqələrin yaradılmasıdır: "Həmçinin, bu zaman Xəzərdə təhlükəsizlik və terrora qarşı birgə fəaliyyət, ekoloji təhlükəsizliyin birgə təmini məsələləri ilə bağlı addımlar atılacaq. Ümumiyyətlə, burada qarşılıqlı aktiv münasibətlərin yaradılması gözlənilir. Bunun əhəmiyyətinə toxunsaq, onu deyə bilərik ki, təlim iştirakçısı olan hər ölkə üçün bu təlim müəyyən faydalar verəcək. Azərbaycan əgər təlimləri öz ərazisində keçirirsə, şəxsi heyətin döyüş hazırlığını və hərəkət hazırlığını həyata keçirəcək. Bu zaman dövlətlərarası müqavilələr əsasında hərbiçilərin hansı vəziyyətdə konkret olaraq necə addımlar atmalı olacağı müəyyənləşdiriləcək".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə