“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehribanxanım Əliyevanın fəaliyyəti öz zənginliyi və genişhəcmliliyi ilədiqqəti çəkir. O həyatının bütün məqamlarında taleyini xalqınhəyatı ilə birləşdirib, onun yeniləşməsi, inkişafı yolundaçalışmağa yönəltdi. Tanrının ona bəxş etdiyi belə bir missiyanıləyaqətlə daşıması xalqına böyük sevgisinin ifadəsi idi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Respublikamızın birinci xanımı Mehriban xanım Əliyevanıngördüyü işlər təkcə ölkəmizdə deyil, həm də dünya miqyasındatəqdir olunur: “Belə ki, digər ölkələr, beynəlxalq təşkilatlartərəfindən müxtəlif mükafatlara layiq görülür. Mehriban xanımƏliyeva 2004-cü il avqustun 13-də YUNESKO-nun xoşməramlısəfiri adına, 2005-ci il iyunun 9-da ictimai, messenatlıq vəxeyriyyəçilik fəaliyyətinə, həmçinin, təhsil və mədəniyyətmüəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqlarıarasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görəRusiyanın “Yüzilliyin messenatları” Beynəlxalq XeyriyyəFondunun “Yaqut Xaç” ordeninə, sivilizasiyalararası dialoqdaxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakarfəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onlarınyaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, İslamaləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı ilnoyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmlinailiyyətlərə görə “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəlifəaliyyətinə görə “Heydər Əliyev Mükafatı”na, həmçinin, ikimötəbər mükafata - Fransa dövlətinin “Şərəf Legionu” ordeninəvə YUNESKO-nun “Qızıl Motsart” medalına, eyni zamanda, Krans Montana Forumunun Qızıl medalına, PolşaRespublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçıordeninə, İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyəfəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə KüveytDövlətinin Fəxri diplomuna, Azərbaycanda “Heydər Əliyev” ordeninə, Rusiyada Müqəddəs Mələksima Knyaginya Olqaordeninə, İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleriordeninə layiq görülüb”.
Deputat sözlərinə belə davam edib: “Mehriban xanımın Milli Olimpiya Komitəsinin İcraiyyəKomitəsinin üzvü, Azərbaycan Gimnastika Federasiyasınınprezidenti kimi də səmərəli fəaliyyəti diqqət cəlb edir. OlimpiyaOyunlarında medal qazanmış idmançılara Heydər ƏliyevFondunun fərdi təqaüdçüsü adının verilməsi də idmanıninkişafına diqqət və qayğısının, bu istiqamətdə həyata keçiriləndövlət siyasətinə verilən töhfənin bariz nümunəsidir. Bütünbunlarla yanaşı, Mehriban Əliyeva dövlət başçısının ona həvaləetdiyi vəzifələri də uğurla yerinə yetirərək Azərbaycandövlətinin beynəlxalq imicinin yüksəlməsinə ləyaqətlə xidmətedib. Mehriban Əliyeva respublikamızın Birinci vitse-prezidenti, Prezident İlham Əliyevin silahdaşı kimi dövlətimizəvə xalqımıza layiqincə xidmət edəcək, Azərbaycanınçiçəklənməsinə öz töhfəsini verəcək”.
“Aprel döyüşlərində hərbi rəşadət göstərmiş döyüşçülərin, respublikamızda həssas təbəqədən olan insanların, əlilliyi olanşəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətəinteqrasiya məsələlərinə xüsusi diqqəti Mehriban xanımın necəinsanpərvər və humanist olduğunun əyani sübutudur. O, ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü qoruyarkənsağlamlığını itirmiş insanların sosial müdafiəsinin dövlətrəhbərliyi üçün Vətənimizin hərbi müdafiəsi qədər önəmli vəvacib məsələ olduğunu göstərdiyi diqqət və qayğı ilə bir dahanümayiş etdirir”.
“Bu gün Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu, özünəməxsus inkişaf modelinə malik olan və demokratik ölkəkimi tanınır. Heç şübhəsiz, ötən müddət ərzində Azərbaycanınmüxtəlif sahələrdə möhtəşəm və tarixi nailiyyətlər əldə etməsinitəmin edən fundamental amillər mövcuddur. Bu amillərinbaşında, əlbəttə ki, ümummilli lider Heydər Əliyevin əsasınıqoyduğu inkişaf siyasətinin Onun layiqli davamçısı, AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev tərəfindənuğurlu fəaliyyəti gəlir. Ümumiyyətlə, dövlətimizin millimaraqlarına, müasir dünyanın reallıqlarına, çağırışlarına uyğunmövqe və siyasət Azərbaycanın müstəqil dövlət kimi davamlı - dayanıqlı inkişafını təmin edən əsas amildir. Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondununprezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiriMehriban Əliyevanın dövlətimizin milli maraqlarına və xalqınmənafeyinə xidmət edən çoxşaxəli fəaliyyəti xüsusilə qeydedilməlidir. Hər şeydən əvvəl, Mehriban xanım Əliyeva özxalqına və dövlətinə qırılmaz mənəvi tellərlə bağlıdır. Mehribanxanım Əliyeva qeyd etmişdir: “Biz fəxr edirik ki, son illərölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzununartmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanlayanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nailolmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır”.
“Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyiilə milli-mənəvi dəyərlərin qorunması və Azərbaycanmədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərinaparılmasına kömək edib, əhalinin rifahının yüksəldilməsinəyönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələridəstəkləyib, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərəsadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsiişinə töhfələrini verib, Azərbaycanın beynəlxalq nüfuzununartırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardımgöstərib. Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri dəvətəndaşların təhsil hüquqlarının daha etibarlı təminatıməqsədinə xidmət edir. Bunun üçün ölkədə müasir tipli yeniməktəblərin inşasının, tədris prosesinə normal şəraityaradılmasının zəruriliyini düzgün qiymətləndirən Fond qarşıyaqoyduğu strateji hədəflərə doğru uğurlu nəticələr əldə edib”.
“UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanımƏliyeva əzmkar fəaliyyəti ilə ilk növbədə Heydər Əliyev irsinintəbliğinə və gələcək nəsillərə çatdırılmasına, ümummilli liderinhəyata keçməyən arzu və ideallarının gerçəkləşməsinəçalışmışdır. Heydər Əliyevin parlaq şəxsiyyətinə, xaraktercizgilərinə yaxından bələd olması Mehriban xanım Əliyevayaümummilli liderin zəngin ideya-siyasi irsinin yaşadılması vətəbliği kimi çətin missiyanın öhdəsindən layiqincə gəlməyəimkan verir. Bu həssas məqam onun Birinci vitse-prezidentvəzifəsində də uğurlu və məqsədyönlü idarəçiliyinə təminatyaradır. Heydər Əliyev Fondunun prezidentinin fəaliyyətindəcəmiyyətin həssas sahələrinə diqqət də daim ön plandaolmuşdur. Son 16 ildə həyata keçirilən müxtəlif layihələr onunsosial və humanitar sahədəki fəaliyyətinin miqyasının nə qədərgeniş olduğunu, bu fəaliyyətin təkcə Azərbaycan sərhədləriçərçivəsində məhdudlaşmadığını göstərir. Bunun nəticəsidir ki, ümummilli liderin zəngin dövlətçilik irsinin dünyada tanıdılmasıvə təbliği istiqamətində ardıcıl iş aparan Mehriban xanımƏliyeva reallaşdırdığı xeyirxah, nəcib layihələrlə ölkəmizdənkənarda da insanların dərin etimadını qazanmışdır”.
“Çoxşaxəli layihələrində Heydər Əliyev ideallarını rəhbərtutmaqla yanaşı, həm də insanlığın və bəşəriyyətin nicatınaxidmət edən nəcib missiya həyata keçirmişdir. Bu məsuliyyətlimissiya ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, onunlayiqli siyasi davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevininamla davam etdirdiyi strateji siyasi kursun həyatakeçirilməsinə, bu siyasətin hər bir vətəndaşın həyatında qabarıqhiss olunmasına xidmət edir. Xatırlatmaq lazımdır ki, dövlətimizin başçısının 21 fevral 2017-ci il tarixli sərəncamı iləMehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi bu mənada cəmiyyətinsosial sifarişinə əsaslanan tarixi qərar kimi qarşılanmışdır”.
“Heydər Əliyev Fondunu 16 il ərzində dünyanın ən nüfuzluictimai təşkilatlarından biri kimi inkişaf etdirməyə nail olanMehriban xanım Əliyeva ümummilli liderin ideyalarınınAzərbaycanda layiqincə yaşadılmasını təmin edib, həm də onunbeynəlxalq miqyasda təşviqatını böyük peşəkarlıqla həyatakeçirib. Azərbaycan xalqının adət-ənənələrinin təbliğindəntutmuş, xalq incəsənət nümunələrinə kimi xarici ölkələrdəbilavasitə Mehriban xanımın rəhbərliyi ilə sərgilər həyatakeçirilib. Əgər bu gün xarici ölkələrdə muğamımızı sevə-sevədinləyirlərsə, bu da Mehriban xanımın Azərbaycan muğamınındünyaya çatdırılmasında oynadığı rolun nəticəsidir. Bir sözlə, Azərbaycan incilərini dünya sərvətlərinin bir hissəsi olaraqbeynəlxalq ictimaiyyətə təqdim edir. Təsadüfi deyil ki, Azərbaycanın bir sıra mədəni nümunələri UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Bununla da bir dahaAzərbaycanın mədəni irsini necə qorumağın, necə inkişafetdirməyin də nümunəsini Mehriban xanım sərgiləyir. Beynəlxalq aləmdə ziddiyyətlərin, xaosun hökm sürdüyü birşəraitdə bu qədər yüksək səviyyədə təşkilatçılığı Mehribanxanım mədəniyyətlərin bir-birini inkar etməsini deyil, bir-birinəyaxınlaşmasını təmin etmiş olur”.
“Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil, idman, mədəniyyət sahəsində və ümumiyyətlə, dünyada Azərbaycanınmüsbət imicinin formalaşdırılması istiqamətində həyatakeçirilən tədbirlər ölkə ictimaiyyəti tərəfindən də yüksəkqiymətləndirilir. İdmandan təhsilə qədər, mədəniyyətdənsəhiyyəyə qədər, xeyriyyəçilikdən multikulturalizmtəşəbbüskarlığına qədər əhatəli fəaliyyət potensialına malik olanMehriban xanım Əliyevanın ölkəmizin bütün ictimai, siyasi, mədəni dairələri tərəfindən işgüzar və görkəmli Azərbaycanqadını kimi tanınması cəmiyyətimizdə Azərbaycan qadınınaverilən yüksək dəyərin ifadəsidir. Bu gün Azərbaycan dünyadaidman məkanı kimi tanınır. İdmanın inkişafı məsələsi dəMehriban Əliyevanın fəaliyyətində xüsusi yer tutur”.
“Mehriban xanım Əliyevanın doğma Azərbaycana böyükməhəbbətdən qaynaqlanan fəaliyyəti bəhs olunan konkretsahələrin inkişafında müstəsna rol oynayır ki, bu da son nəticədəölkənin uğurlarında öz əksini tapır. Ən əsası, onun fəaliyyətiVətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqətnümunəsi kimi qəbul olunur. Yüksək işgüzar və mənəvikeyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti iləMehriban Əliyeva ona həvalə edilən bu vəzifəni hər zaman layiqincə daşıyacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB